Vitse-prezident Mikayıl İsmayılov restoranını Ağsu arağı ilə reklam edir- FOTOLAR
SOCAR-ın vitse-prezidentlərindən biri, daim zəngin həyat tərzi ilə gündəmə gələn, iri biznes resurslarına malik Mikayıl İsmayılov Ağsudakı restoranlarından birinin şəklini rayonda yerləşən “AzGranata” MMC-nin istehsal etdiyi “Ağsu aşırımları” arağının üz qabığına verib.
AFN-in xəbərinə görə, hazırda bazara yeni çıxarılan “Axırıncı aşırım” arağının üzərindəki etiketdə həmin restoranın şəkli vurulub. Bildirilir ki, restoran Ağsu aşırımında fəaliyyət göstərir və iddialara görə, M.İsmayılovundur.
Məlumatlı qaynağın sözlərinə görə, həmin arağın üz qabığında restoranın fotosunun olması təsadüfi deyil. Çünki “AzGranata” MMC elə SOCAR vitse-prezidentinindir.
Onun Ağsuda onlarla obyektlərinin olduğu xəbər verilir ki, birini də Ağsu arağının üzərində reklam edir. Həmin restoranın adını dəqiqləşdirməyə çalışırıq..




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?