Bələdiyyə sədri Həbib Əsədov nədən icra başçısının müavinini hədəf seçdi?
Abit Əliyevin verəcəyi cavab çox mətləblərə aydınlıq gətirəcək...
Bayıl yamacında sürüşmə prosesi bir çox məmurların kimliyini ortaya çıxartdı. Aydın oldu ki, Səbael rayonunda torpaq satışı məhz Asif Əsgərov icra başçısı təyin olunduğu zaman baş verib və bu işlərdə rayonun Səbail bələdiyyəsinin sədri Cəbrayılov Firdovsi və Badamdar bələdiyyəsinin sədri Əsədov Həbib əsas iştirakçısı olublar. GundemXeber.Az-ın apardığı araşdırmalar göstərir ki, Badamdar bələdiyyəsinin sədri Həbib Əsədov üç yerdə ev alqı-satqı məntəqəsi yaradaraq torpaq satışı ilə məşğul olub. Çox qəribədir ki, bu işləri Səbael rayon icra hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevlə görən Həbib Əsədov saytımıza verdiyi açıqlamada bəyan etdi ki, icra hakimiyyətinin satdığı torpaqlarla bağlı heç bir məsuliyyət daşımır. Hətta Bakı şəhər icra hakimiyyəti başçısının birinci müavini Eldar Əzizovun, Səbael rayonunda işlədiyi zaman müavini olan və yenə də müavin olan Abit Əliyevin torpaq satqısındakı roluna və onunla birgə görülən işlərə aidiyyatı olmadığını bildirdi:”Mən nə bilim Abit Əliyev nə satır, nə alır. Bunlar mənlik deyil. Həqiqətən də bu ərazidə minlərlə sənədsiz evlər var və bunu Abit Əliyevdən soruşun”. Çox maraqlıdır ki, Abit Əliyev qısa zamandır ki, Səbael rayonunda işləyir və Səbael bölgəsində torpaq “biznesi” məhz Həbib Əsədovun bələdiyyə sədri təyin olunmasından sonra aktivləşib. Amma bu gün Həbib Əsədovun açıqlamasından aydın olur ki, bütün qeyri-qanuni işlər öncələr Səbael rayonunda bir zamanlar müavin olan Yavər Allahverdiyevlə, hazırki müavin Abit Əliyev vasitəsiylə həll edilib. Maraqlıdır, bəs reallıq necədir?
Araşdırmalarımız davam edir.
GundemXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?