İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM VAR...
İmişli məktəbinin direktoru ilə bağlı ciddi iddialar: Məhkəmə qərarı, işdən çıxarmalar və diplom məsələsi gündəmdə
İmişli rayonu Hacalmuradlı kənd şəhid Q. Tarverdiyev adına tam orta məktəbin direktoru Ruslan İbayevlə bağlı 1xeber.media-ya müraciət daxil olub. Müraciətdə direktorun fəaliyyəti ilə əlaqədar bir sıra ciddi iddialar səsləndirilir və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılması tələb olunur.
Şikayət müəllifinin sözlərinə görə, Ruslan İbayev son illər ərzində bir neçə əməkdaşı işdən azad edib. İddia olunur ki, təkcə cari tədris ilində altı nəfər əməkdaş heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb.
Müraciətdə qeyd edilir ki, işdən azad edilən şəxslərdən biri olan İmaməddin Həsənov məsələ ilə bağlı məhkəməyə müraciət edib. Şikayətçinin iddiasına görə, məhkəmə tərəfindən qəbul edilən qərar İmaməddin Həsənovun xeyrinə olub və bu qərar işdən çıxarma prosesinin qanuniliyinə dair suallar yaradıb.
Bununla yanaşı, müraciətdə direktorun ayrı-ayrı şəxslərə qarşı təzyiq göstərdiyi və hədələyici ifadələr işlətdiyi də iddia olunur. Şikayət müəllifi İmaməddin Həsənovun da müxtəlif təhdidlərlə üzləşdiyini bildirir.
Müraciətdə daha bir diqqətçəkən məqam Ruslan İbayevin ali təhsil sənədi ilə bağlı səsləndirilən iddialardır. Şikayətçi direktorun diplomunun qanuniliyinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını tələb edir və bu məsələ ilə bağlı rəsmi yoxlamanın aparılmasının vacibliyini vurğulayır.
Eyni zamanda müraciətdə yerli təhsil idarəçiliyində təmsil olunan bəzi vəzifəli şəxslərin məsələ ilə bağlı lazımi addımlar atmadığı iddia edilir. Şikayət müəllifi hesab edir ki, məktəb direktorunun fəaliyyəti ilə bağlı səsləndirilən iddialar obyektiv şəkildə araşdırılmalı və hüquqi qiymət verilməlidir.
Həmçinin o da bildirilir ki,direktorun qardaşı radikal qruplaşma üzvüdür və müxalif qüvvələrlə birgə çalışır.
Qeyd edək ki,redaksiyamıza təqdim olunan müraciətdə qeyd olunan bütün məlumatlar iddia xarakteri daşıyır və tərəfimizdən müstəqil qaydada təsdiqlənməyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti dövlət qurumlarının məsələyə münasibəti və mümkün araşdırmaların nəticələri ilə bağlı məlumat əldə etdikdə oxucularımıza təqdim olunacaq.(1xeber.media)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?