Elmira Axundova ünvanlı sosial yardımın ləğvini İSTƏDİ
“Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması istiqamətində yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər”.
Bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bu gün bir çox ailələr yeni doğulan uşağa ayrılan birdəfəlik müavinəti əldə etməyi özünə sığışdırmır:
“Çünki hər birimizə məlumdur ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətin rəqəmindən 10 dəfə çoxdur. Bu baxımdan heç olmasa ailələrdə ikinci və üçüncü uşaqlar dünyaya gələndə onlar üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olsun. Bu, gənclərimizi stimullaşdıra bilər”.
E. Axundova qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır.
“Ünvanlı sosial yardım birdəfəlik ləğv olunsa daha yaşı olar. Bunun tamamilə özünüməşğulluqla əvəz olunması daha təqdirə layiq olar. Ünvanlı sosial yardım uşaq pulu ilə də əvəz oluna bilər”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var