XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Gürcüstan DTX kütləvi elektrik böhranındakı təxribat izini - Araşdırır

Gürcüstan DTX kütləvi elektrik böhranındakı təxribat izini - Araşdırır

Gürcüstan DTX kütləvi elektrik böhranındakı təxribat izini - Araşdırır
Bu gün, 16:34

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə 24 və 25 iyul tarixlərində baş vermiş genişmiqyaslı elektrik enerjisi kəsintiləri ilə bağlı təxribat maddəsi üzrə istintaqa başlayıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunur ki, istintaq elektrik enerjisinin verilişində yaranmış fasilələrin səbəblərinin müəyyənləşdirilməsi və hadisədə qəsdən müdaxilə əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə başladılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün detallarını araşdırır.

Qeyd edək ki, iyulun 24-nə keçən gecə Tbilisi də daxil olmaqla Gürcüstanın bir sıra şəhərlərində kütləvi elektrik kəsintisi baş verib. Hadisə nəticəsində nəqliyyat işıqforlarının fəaliyyətində problemlər yaranıb, mobil rabitə və internet xidmətlərində fasilələr müşahidə olunub. Elektrik enerjisinin verilişi sonradan mərhələli şəkildə bərpa edilib. Hadisənin dəqiq səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.