SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vaqif Əsədovdan “Qarabağ”- “Arsenal” açıqlaması

Vaqif Əsədovdan “Qarabağ”- “Arsenal” açıqlaması

Tarix:

4-10-2018, 13:32

/ 1 303 dəfə oxundu.
Vaqif Əsədovdan “Qarabağ”- “Arsenal” açıqlaması

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bu gün Avropa Liqası çərçivəsində keçiriləcək “Qarabağ”- “Arsenal” qarşılaşması ilə bağlı sürücələrə xəbarlıq edib.

Bu barədə Open.az-ın sorğusunu cavablandıran Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, futbolun keçiriləcəyi ərazi və ona bitişik yollar yol polisi tərəfindən nəzarətə götürləcək: "Yol polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq. Asayişin qorunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görüləcək. Ona görə futbola gələcək azarkeşlərdən xahiş edirik ki, həmin istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər istifadə etməsinlər. Azarkeşlər ictimai nəqliyyat vasitələrdən istifadəyə üstünlük versinlər”.

Vaqif Əsədov onu da qeyd edib ki, vəziyyətdən asılı olaraq ərazidə avtomobillərin hərəkət istiqaməti dəyişdirilə bilər.

Şərhlər

XƏBƏR LENTİ