Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: Könüllü gəlsəniz…
Tbilisi prospektində təcili tibbi yardım maşınına yol verməyən sürücü barədə yeni məlumatlar ortaya çıxıb.
Hər şey daxil verilişinə telefon vasitəsi ilə qoşulan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bəzi məqamları açıqlayıb.
DYP rəsimisi bildirib ki, sürücü dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təcili tibbi yardım maşınına yol verməyib. Vaqif Əsədov Toyota Land Cruiser markalı, 90 SJ 100 nömrəli avtomobil sürücüsünün qadın olduğunu da söyləyib:
Toyota Land Cruiser sürücüsü digər avtomobillərin təcili tibbi yardım maşınına verdiyi yola daxil olur. Artıq həmin sürücünün aşkarlanması və qanuna uyğun olaraq tədbirllərin keçirilməsinə başlanılıb. Əgər sürücü könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib səmimi etiraf edərsə, bu yüngülləşdirici hal kimi qəbul ediləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək