SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” - FOTO

Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” - FOTO

Tarix:

14-09-2018, 12:02

/ 2 044 dəfə oxundu.
Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” - FOTO

Ən varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişov oğluna 2 milyon manata yaxın qiyməti olan avtomobil hədiyyə edib.

Minval.info-ya istinadən xəbər veririk ki, 19 yaşlı Rasim Məmişov 3 ildir arzusunda olduğu 900 min avro (1 778 580 manat) qiyməti olan "Lamborghini Aventador” avtomobilinə qovuşub. Lüks həyatını nümayiş etdirməkdən çəkinməyən milyarder oğlu yeni "oyuncağını”nı da izləyicilərinə təqdim edib.
"3 il öncə "bu maşından istəyirəm” yazmışdım və sonda ona qovuşdum” – deyən oliqarx oğlu, yeni avtomobilinin görüntülərini paylaşıb. O, digər oliqarx balaları kimi onu da bahalı əyləncələr və avtomobillər özünə cəlb edir. 19 yaşlı Rasimin kolleksiyasında artıq "Chevrolet Tahoe”, "Mercedes Galendewagen”, "Audi R8” kimi bir neçə sportkarı var.
Rasimin sevgilisi də kasıb ailədən deyil. Polina Smirnova "Regional mehmanxana biznesi” şirkətlər qrupunun rəhbərinin qızıdır. Gənclər elitar piter gimnaziyası "Alma-mater”də tanış olublar. Bu gimnaziyada aylıq təhsil haqqı təxminən 1100 dollardır. Polina Rasimdən bir yaş böyükdür və artıq tələbədir, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetində təhsil alır.
Qeyd edək ki, Vaqif Məmişov öz adını "Forbes”in milyarderlər siyahısına yazdırıb. Sankt-Peterburq şəhərində isə "ən imkanlı azərbaycanlı” sayılır. Onun rəhbəri olduğu "Konrad” Şirkətlər Qrupu Moskva və Sankt-Peterburqda iri sənaye müəssisələrini özündə birləşdirir. Minlərlə işçinin çalışdığı kompaniyanın direktorlar şurasının sədridir. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir.
Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” - FOTO
Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” - FOTO
Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” - FOTO
Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” - FOTO
Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” - FOTO
Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” - FOTO

Şərhlər

XƏBƏR LENTİ