Azərbaycanlı milyarderin gənc oğlunun dəbdəbəli həyat tərzi - FOTOLAR
Ən varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişovun 19 yaşlı oğlu Rasim Məmişov dəbdəbəli həyatı ilə diqqət çəkir.
Bakuws-ə istinadən xəbər veririk ki, tez-tez həyat tərzi ilə mətbuatın gündəminə gələn Rasim bahalı maşınları və lüks villalarının fotolarını şəxsi Instagram-ında paylaşır.
Məmişovlar ailəsinin gənc varisi dünyanın bir çox ölkəsində olub və istirahətindən görüntüləri tez-tez paylaşır.
Qeyd edək ki, Vaqif Məmişov öz adını “Forbes”in milyarderlər siyahısına yazdırıb. Sankt-Peterburq şəhərində isə “ən imkanlı azərbaycanlı” sayılır. Onun rəhbəri olduğu “Konrad” Şirkətlər Qrupu Moskva və Sankt-Peterburqda iri sənaye müəssisələrini özündə birləşdirir.
Minlərlə işçinin çalışdığı kompaniyanın direktorlar şurasının sədridir. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir.







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək