SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məmişovun oğlunun avtomobili “Rent a Car” maşını çıxdı - Fotolar

Məmişovun oğlunun avtomobili “Rent a Car” maşını çıxdı - Fotolar

Tarix:

20-09-2018, 00:32

/ 2 984 dəfə oxundu.
Məmişovun oğlunun avtomobili “Rent a Car” maşını çıxdı - Fotolar

Azərbaycanlı milyarder Vaqif Məmişovun oğluna 2 milyon manata yaxın qiyməti olan avtomobil hədiyyə etməsi ilə bağlı xəbərlər mətbuatda yer alıb.

Yazılanlara görə, 19 yaşlı Rasim Məmişov 3 ildir arzusunda olduğu 900 min avro (1 778 580 manat) qiyməti olan “Lamborghini Aventador” avtomobilinə qovuşub. Bu xəbərlərin yayılmasına səbəb oliqarx oğlunun sosial şəbəkədəki paylaşımı olub. O, “3 il öncə “bu maşından istəyirəm”, yazmışdım və sonda ona qovuşdum” şərhi ilə avtomobilin görüntülərini sosial şəbəkədə paylaşıb.

Baku.ws-ə istinadən xəbər veririk ki, sözügedən avtomobil əslində “Rent a Car”dan icarəyə götürülüb. Tez-tez Dubaya səfər edən Rasim “Lamborghini Aventador”i orada kirayələyib.
Avtomobilin icarəsi üçün 10 000 dirhəm (təxminən 5 000 AZN) depozit ödənilməlidir. Bir günlük icarə haqqı isə 5500 dirhəmdir (təxminən 2500 AZN).

Qeyd edək ki, 19 yaşlı Rasim digər oliqarx həmyaşıdları kimi lüks həyat tərzi ilə tez-tez gündəmə gəlir. Onu da bahalı əyləncələr, avtomobillər, gözəl qızlar özünə cəlb edir.

Rusiyanın “Konrad” Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Masallı rayonunda anadan olub. Sərvəti milyardı ötən 58 yaşlı iş adamı öz adını “Forbes”in milyarderlər siyahısına yazdırıb. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir.

Vaqif Məmişovun iki qızı və bir oğlu var. Hər üçü Rusiyada yaşayır.
Məmişovun oğlunun avtomobili “Rent a Car” maşını çıxdı - Fotolar
Məmişovun oğlunun avtomobili “Rent a Car” maşını çıxdı - Fotolar
Məmişovun oğlunun avtomobili “Rent a Car” maşını çıxdı - Fotolar
Məmişovun oğlunun avtomobili “Rent a Car” maşını çıxdı - Fotolar
Məmişovun oğlunun avtomobili “Rent a Car” maşını çıxdı - Fotolar

Şərhlər

XƏBƏR LENTİ