
Hər il olduğu kimi bu il də Azərbaycandan zəvvarlar Həcc ziyarətinə yollanacaq.
xalqxeber.az xəbər verir ki, bu il Həcc ziyarətinə gediş və gəlişin tarixi dəyişdirilib.
Bu il hacı olmaq istəyənlər 11-15 avqust tarixlərində müqəddəs ziyarətə yola düşəcəklər. Geri qayıtma tarixi isə 1-5 sentyabr tarixlərinə planlaşdırılıb.
Bu vaxta qədər isə gediş 14-16 avqust, dönüş isə 1-3 sentyabr tarixlərinə planlaşdırılırdı.