SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MSK sədrinin şərəbçı qardaşı: Taryel Pənahova da “ölü canlar” və saxtalıq ittihamları

MSK sədrinin şərəbçı qardaşı: Taryel Pənahova da “ölü canlar” və saxtalıq ittihamları

Tarix:

2-07-2018, 09:07

/ 1 482 dəfə oxundu.
MSK sədrinin şərəbçı qardaşı: Taryel Pənahova da “ölü canlar” və saxtalıq ittihamları

Son illər Azərbaycanda üzüm istehsalının sahəsi 16 min hektara, illik istehsal həcmi isə 153 min tona çatdırılıb. Ancaq bununla belə, üzümçülük Azərbaycan büdcəsinə valyuta axınında ən sonuncu yerləri tutur. Halbuki, bu sahədə ciddi elmi işlər aparılsa, yəni ölkədə istehsal olunan üzüm şəraba çevrilə bilsə, hər il ölkəyə mlyonlarla xarici valyuta axını gələr. Amma apardığımız araşdırmalar göstərir ki, bu işə məsul olan, saxlanmasına hər il dövlət büdcəsindən yüz minlərlə manat vəsait ayrılan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti isə ölkədə Prezident İlham Əliyevin prioritet elan etdiyi aqrar sahəninin hazırkı inkişafına uyğun deyil. Əgər belə olmasaydı bu elmi institutun rəhbərliyində təmsil olunan şəxslər bir anlıq da olsa, şəxsi qayğılarından, pul qazanmaq istəklərindən ayrılaraq bir az da elmi işlərlə məşğul olardılar.
Əldə etdiyimiz məlumata görə, 8 şöbə və 4 laboratoriyadan ibarət Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda ciddi maxinasiyalar baş verməkdədir. Bununla bağlı daxil olan məlumatda qeyd olunur ki, İnstitutun əsas vəzifəsi hər il laboratoriyalarında aparılan elmi tədqiqatlarla daha keyfiyyətli və dadlı şərab növü kəşf etmək olsa da, son illər buna rast gəlinmir. Məhsuldar üzüm sortlarının yetişdirilməsində də ciddi nailiyyət yoxdur, əgər belə olmasaydı bu gün ölkədə üzümçülüklə məşğul olan fermerlər xaricə üzüm tingləri gətirmək üçün üz tutmazdılar. İnstitutun hər iki təcrübə stansiyasında demək olar ki, eyni vəziyyətdir.
Məlumata görə, bu stansiyalarda becərilən üzüm tinglərinin məhsuldarlığı ciddi şübhə altındadır. Çünki burada seleksiyalaşdırma sovetdən qalma üsulla aparılır. Mütəxəssislər isə buna irad bildirdikdə İnstitut rəhbərliyi müasir avadanlıqlar üçün dövlətin onlara vəsait ayırmadığını deyir. Saytımıza verilən məlumata görə, Üzümçülük və Şərabçılıq elmi-tədqiqat İnstitutunun rəhbərliyi bu təşkilata gəlir mənbəyi kimi baxır. Belə ki, İnstitut rəhbərliyinin əsas qazanc mənbəyi hər gün işə gəlib-gedən “ölü canlar”dır. Bu “ölü canlar” əsasən Gəncə və Şamaxı Təcrübə stansiyalarında, Cəlilabad dayaq məntəqəsində, Tinglik və digər şöbələrdədir. Bundan əlavə Üzümün emalı və şərabın texnologiyası şöbəsinin ölkədə spirtli içki istehsalı ilə məşğul olan müəssisələrə sertifikat verilməsi zamanı da ikili standartlarının olduğu bildirilir. Bütün bunların başında isə İnstitut rəhbərliyinin dayandığı deyilir.
Məlumata görə, keçmiş nazir Heydər Əsəsdov dəfələrlə Tariyel Pənahovu İnstitut direktorluğundan uzaqlaşdırmaq istəsə də, müavini İlham Quliyev buna imkan verməyib. Buna səbəb isə Tariyel Pənahovun İlham Quliyevə daha yaxın olmasıdır. Kənd Təsərrüfatı Nazirliyində və eləcə də, Üzümçülük İnstitutunda hamı Tariyel Pənahovu İlham Quliyevin kadrı kimi tanıyır. Eyni zamanda Tariyel Pənahovun Kənd Təsərrüfatı Nazirliyində digər yüksək vəzifəli şəxsləri də unutmadığı deyilir. Hər bayram öncəsi nazirliyin yüksək vəzifəli şəxslərinə göndərilən paketlər və içki sumkası ilə Tariyel Pənahov vəzifəsinin ömrünün uzada bilir. Məsələnin maraqlı tərəfi isə bu sumkalardakı içkilərin xaricdən gətirilməsinə baxmayaraq nazirliyin işçilərinə İnstitutun məhsulu kimi təqdim edilir.
Bildirək ki, İnistitut rəhbəri T.Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. Mövzu ilə bağlı media üzərindən apardığımız araşdırmalar zamanı maraqlı bir məlumata rast gəldik. Rəsmən təkzib olunmayan həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşlarından biri biri Azərbaycanda saxta konyak istehsalı ilə məşğul olur. Bildirilir ki, sözügedən şəxs əvvəllər bu qanunsuz əməli Rusiyada həyata keçirib. Elə bu səbəbdən də həbs edilib. Məhz Məzahir Pənahovun ciddi səyləri nəticəsində həbsdən azad olunaraq Azərbaycana dönən qardaşı saxta konyak istehsalını Azərbaycanda davam etdirib. Məlumata görə, onun istehsal etdiyi konyaklar insan orqanizmi üçün zərərli olan simuş maddəsindən hazırlanır. Bu maddə spirtdən ayrılır və insan orqanizmi üçün zərərli hesab edilir. MSK sədrinin qadaşı həmin maddəyə rəng qataraq konyak hazırlayır. Bu konyaklar Azərbaycanda satılır. Məlumatda Məzahir Pənahovun həmin qardaşının adı açıqlanmayıb. Araşdırmalar nəticəsində bəlli olub ki, Pənahovlar 7 qardaşdır. Qardaşlardan biri Tariyel Pənahovun ixtisası şərabçılıqdı. Elmlər doktoru olan Tariyel Pənahov Mehdiabad qəsəbəsində Şərabçılıq İnstitununun direktor vəzifəsində çalışır. Ehtimal oluna bilər ki, saxta konyak istehsalında ittiham edilən odur”.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ