SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əkinçilik İnstitutunda elmi biznesə çeviriblər

Əkinçilik İnstitutunda elmi biznesə çeviriblər

Tarix:

18-12-2019, 12:48

/ 1 516 dəfə oxundu.
Əkinçilik İnstitutunda elmi biznesə çeviriblər

Bu yaxınlarda aktualxeber.az saytında “Əkinçilik İnstitutunda tender maxinasiyaları” başlıqlı məqalə dərc etmişdik. Məqalədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlaininin “MAYBO” MMC və “Fasad-F” MMC ilə tender maxinasiyası etməsindən söhbət açmışdıq. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumlardan olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bu gün ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı demək olar ki, heç bir iş görülmür. İnstitutun Tərtər, Qobustan, Zaqatala, Cəlilabad, Şəki, Gədəbəy, Abşeron, Ağstafa və Kürdəmir rayonlarında Bölgə Təcrübə Stansiyaları var. Bu təcrübə stansiyalarının hər birinin balansında yüzlərlə hektar torpaq sahələri var ki, burada yerli şəraitə uyğun məhsul sortlarının təcrübəsi aparılmalı, əldə olunan sortların keyfiyyəti, məhsuldarlığı nümunə kimi ölkə ərazisində dövlət və özəl toxumçuluq təsərrüfatlarını təchiz etməlidir. Amma əslində isə həmin torpaqlar Cavanşir Təlaininin gəlir mənbəyinə çevrilmişdir. Onun yerlərdəki adamları bu torpaqları istədiyi kimi əkib becərməklə külli miqdarda gəlir əldə edirlər. Onların bu işi görməsinə isə C.Təlai şəxsən nəzarət edir və əldə olunan gəlirin çox hissəsi də direktora çatır. Bu işdən, tenderdən və digər maxinasiyalardan qazandığı pulları nəzərə alsaq Cavanşir Təlaininin Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutundan elmi işlər üçün deyil, gəlir mənbəyi kimi istifadə etdiyi məlum olar. O, bu pullarla üzünə Bakıda bir neçə ev və obyektlər belə almağa nail olmuşdur. Redaksiyamıza Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə bağlı yeni məlumatlar daxil olubdur. Bəzi dəqiqləşdirmələr apardıqdan sonra onları sizə təqdim edəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq.

aktualxeber.az

Şərhlər

XƏBƏR LENTİ