SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sentyabrdan yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

Sentyabrdan yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

Tarix:

29-06-2018, 14:19

/ 1 948 dəfə oxundu.
Sentyabrdan yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

Sentyabrdan yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq.

Bu barədə Milli Məclisin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, Azərbaycanın artıq 10 regionunda bununla bağlı yeni texnologiyalar quraşdırılıb: “Daxili İşlər Nazirliyindən aldığım məlumata görə, sentyabrdan etibarən də prosesin özünə başlanılacaq”.

Qeyd edək ki, bu məsələ "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Şərhlər

XƏBƏR LENTİ