SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daha bir deputatın tur biznesi: Hadı Rəcəblinin “Palıdlı sahil”indən - Faktlar

Daha bir deputatın tur biznesi: Hadı Rəcəblinin “Palıdlı sahil”indən - Faktlar

Tarix:

27-06-2018, 10:06

/ 2 029 dəfə oxundu.
Daha bir deputatın tur biznesi: Hadı Rəcəblinin “Palıdlı sahil”indən - Faktlar

Yay mövsümü ilə əlaqədar olaraq deputatların turizm biznesi rubrikasını davam etdiririk

Fia.az-ın bu dəfəki qonağı deputat Hadı Rəcəblinin Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzidir.

Ötən məqaləmizdə Lerikin deputatı İqbal Məmmədovun “Relax” istirahət mərkəzindəki vəziyyətdən və qiymətlərdən bəhs etmişdik.

H.Rəcəblinin “Palıdlı sahil”i isə səviyyə və xidmət keyfiyyəti baxımdan “Relax”dan geri qalır.

Əvvəla, tez-tez köçkünlərin, Qarabağ əlillərinin, aztəminatlı ailələrin sosial problemləri barədə mürtəce qanun layihələri ilə çıxış etmiş H.Rəcəbli indiyə qədər bir qazini, bir şəhid övladını yaxud aztəminatlı ailənin həmin istirahət mərkəzində putyovkasını təşkil etməyib.

Həmin obyektdə gecələmək 50-80 manat arasındadır. Restoranda yemək və s. xərclər götürsək, “Palıdlı sahil” heç də palıdlı yox, gün yandıran yerdir.

Ona görə də hansısa ortabab ailənin, aztəminatlı adamın deputatın istirahət mərkəzinə yaxın düşməsi mümkün deyil.

Deputatın yaxınlarının idarəçiliyində olan bu obyektində 1 nəfərin günlük xərcləri 100-150 manatı aşır. Üstəlik, “Palıdlı sahil”də göstərilən xidmətlərin çeşidi də genişdir.

Deputatın biznes ünvanlarından biri Lənkəranın düz mərkəzində, Heydər Əliyev prospektindəki “Mayak” hotelidir.

Əvvəllər, Nikolay zamanları qırmızı kərpicdən binə edilən bu memarlıq abidəsi yerli milyonerlərin birinə məxsusmuş.

1920-ci il aprel işğalından sonra bina milliləşdirilir. Dönür uşaq xəstəxanasına. Minlərlə xəstə uşağın gözündə ikinci ev statusunu qazanır.

Hadı Rəcəbli burda da tarixin təkərini geri fırlatmağı bacarıb, vallah. Sosial təyinatlı müəssisəni döndərib şəxsi mülkə.

Sonra birinci mərtəbəsində “Zaminbank” şöbəsini açaraq başlayıb Rusiyadan Lənkərana axan pul selinə nəzarət etməyə.

Media üzərindən onu da xəbər veririk ki, deputat Hadı Rəcəblinin məşhur “Palıdlı sahil” istirahət mərkəzi durğunluq dövrünü yaşayır.

Verilən xəbərə görə, Lənkəranda yerləşən obyektin işlərinin zəifləməsi həm iqtisadi böhran, həm də “Xəzər Palace” restoranı ilə əlaqədardır. Millət vəkilinin istirahət mərkəzinə gedənlərin sayı kəskin şəkildə azalıb.

Buna səbəb həm qiymətlərin yüksək olması, həm də xidmət səviyyəsinə görə “Xəzər palace”dan geri qalmasıdır. “Palıdlı sahil” böhran içindədir. Bu da millət vəkilinin gəlirlərini azaldıb.

Deputat maaşından şikayət edən və qaçqınlara ayrılan müavinətin məbləğini düzgün sayan, “piletkanı yandırıb, pəncərələri açırlar” deyən H.Rəcəblinin biznes gəlirləri aşağı düşüb.

Bu 20 ildə deputat olan H.Rəcəbli nə lənkəranlı sakinlərin yanan barmağına su töküb, nə də rəhbəri olduğu komitə əhalinin sosial həyatında müsbətə doğru bir addım atıb. Əvəzində deputatın zaman-zaman insanları alçaldan, aşağılayan çıxışlarına rast gəlinib.

Onun yersiz açıqlamaları, seçiciləri və vətəndaşları qıcıqlandıran aşağılayıcı təklifləri, ölkənin sosial problemlər girdabında boğulmasına baxmayaraq sosial siyasətlə bağlı bayağı fikirləri, qırmızı yalanları hakimiyyəti də narazı salıb.

Onlarla dükanı, hektarlarla torpaq sahələri və s. mülkləri mövcuddur. Görəsən bu vəsaitlər populizmdən uzaq, Tağı Əhmədov kimi 40 illik maaş nəticəsində toplanıb?

Xatırladaq ki, 2015-ci ildə “Palıdlı sahil”də əməliyyat keçirilmiş və 5 nəfər “razborka”ya görə həbs edilmişdi.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ