Hadı Rəcəblinin əmisi oğlu müxalifətə keçdi? - FOTO
74 saylı Lənkəran kənd seçki dairəsində nəticələrin ləğvindən sonra Hadı Rəcəblinin hakimiyyətə qarşı münasibətinin dəyişdiyi barədə iddialar səsləndirilir.
Yenisabah.az xəbər verir ki, bu iddiaların bir səbəbi də Hadı Rəcəblinin əmisi oğlu Şadil Rəcəbovun sosial şəbəkələrdə etdiyi paylaşımlardır.
Şadil Rəcəbov əmisi oğlunun qalib elan edildiyi dairədə nəticlərin ləğvindən sonra sosial şəbəkələrdə müxalifyönlü paylaşımlar etməyə başlayıb. Əvvəllər daha çox iqtidarın xeyrinə olan paylaşımlar edən Şadil Rəcəbli indi müxalifətə yaxın müxtəlif platformaların məlumatlarını paylaşmağa başlayıb.
Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hadı Rəcəblinin müxalifətə keçməsi barədə iddialar da bu müzakirələrin gedişində səsləndirlir.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olan Hadı Rəcəbli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsinin qalibi elan edilib. Lakin bir neçə gün sonra həmin dairənin nəticləri ləğv edilib.
Şadil Rəcəbov Hadı Rəcəbliyə məxsus olduğu bildirilən "Palıdlı Sahil" istirahət mərkəzinin icraçı direktorudur.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək