XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Azərbaycan-İran sərhədində atışma: əsgərimiz yaralandı

Azərbaycan-İran sərhədində atışma: əsgərimiz yaralandı

Azərbaycan-İran sərhədində atışma: əsgərimiz yaralandı
21-06-2018, 10:03

Azərbaycan-İran sərhədinin Cəlilabad rayonu ərazisindən keçən hissəsində silahlı insident baş verib.

Azərbaycan sərhədçilərinə müqavimət göstərən sərhəd pozucuları ilə əsgərlər arasında atışma olub.

İlkin məlumata görə, atışma zamanı Balakən rayonundan olan əsgər Krupov Ramazan Məmməd oğlu güllə yarası alıb. Gənc sərhədçi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.