SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Saxta ətirlər orjinal adı ilə satılır – “Soel” parfüm haqqında həqiqətlər

Saxta ətirlər orjinal adı ilə satılır – “Soel” parfüm haqqında həqiqətlər

Tarix:

26-05-2018, 17:07

/ 17 578 dəfə oxundu.
Saxta ətirlər orjinal adı ilə satılır – “Soel” parfüm haqqında həqiqətlər

Son zamanlar hər yerdə qarşımıza “Soel” ətirlərinin reklamı çıxır.

Hətta məşhur simalar öz “İnstagram” hesablarında tez-tez bu ətirlərin tanıtımını həyata keçirirlər. Tanınmışların reklam etdiyi bir çox məhsul kimi bu ətirlər də onlara hədiyyə gəlir və reklam edilməsi tələb edilir. Böyük ehtimal özləri istifadə etmirlər, ancaq bu ətri istifadə edənlərin də müxtəlif fikirləri var. Bu ətrin qoxusunun 3 gün qalıcı olduğu deyilir. Ancaq ətrin istifadəçiləri heç də 3 gün qaldığını düşünmürlər.

Ümumiyyətlə nədir bu “Soel” parfümeriya? Burada məşhur “Gucci”, “Armani”, “Versace” kimi məşhur ətirlərin saxtaları, özlərinin dedikləri kimi ifadə etsək “orijinala yaxın”ları satılır.

Ətirlər öz qablaşdırmalarında deyil, üzərində “Soel”-in adı yazılmış ayrıca flakonda təqdim edilir. Bu da elə keyfiyyət məsələsini şübhə altına salır. Ətirlərin orijinala yaxın olduğu deyilsə də, minval.info-ya daxil olan şikayətlərə görə, parfümün qoxusunun orijinalla yaxından-uzaqdan əlaqəsi yoxdur. Sadəcə keyfiyyətsiz yağların flakonlara doldurulub ucuz qiymətə satıldığı iddia edilir. Ətrin qalıcı olmasına gəldikdə isə deyilənlərə görə, heç bir neçə saat belə qalmır.

Onsuz da qiyməti 100, 150 dollar olan “Hugo Boss” ətrini 10 manata satan “brend” mağazadan yüksək keyfiyyət gözləmək olmaz. Bu sadəcə illərdir stansiya çıxışlarında, keçidlərində qramla satılan ətirdir, sadəcə daha çox reklam edilir.

“Soel” markası bir neçə il öncə Türkiyədə satışa çıxarılıb ki, burada da ətirlərlə bağlı heç bir ciddi məlumat yoxdur. Rəsmi saytda belə “Haqqımızda” bölməsi boşdur. Türkiyədə bu ətirlər haqqında heç də müsbət rəylər formalaşmayıb.

İnternetdən götürülən fotoların üzərinə fotoşopla parfümün adını yapışdırıb, reklam üçün istifadə edirlərsə, “ciddiyət” açıq-aşkar görünür. “Soel” loqosunu çap etdirib, boş şişələrin üstünə yapışdırıb, içinə də saxta ətirləri doldurmaqla brend olmaq mümkün deyil.

Minval.info-nun əməkdaşı şikayətlərlə bağlı adıçəkəkilən parfüm mağazaları şəbəkəsi ilə əlaqə saxlamağa çalışsa da, şirkətin nömrəsi daxil olan zəngləri qəbul etmir. Onlarla ancaq “Whatsapp”-dan əlaqə saxlamaq mümkündür. Amma buradan da suallarımıza cavab ala bilmədik. Şirkətin nömrəsi bir neçə dəfə xətdə görünsə də, ismarışlarımızı oxumaqdan imtina edib. Bununla da ölkənin ən böyük ətir mağazaları şəbəkəsinin xidmət səviyyəsi məsələsi də gündəmə gəlir.

Şərhlər

XƏBƏR LENTİ