SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kişilərin ağlını başından alan 5 cəlbedici qadın ətri

Kişilərin ağlını başından alan 5 cəlbedici qadın ətri

Tarix:

22-08-2017, 16:32

/ 81 756 dəfə oxundu.
Kişilərin ağlını başından alan 5 cəlbedici qadın ətri

Kişilərin çoxunun şirin çalarlarda, karamel, şəkər kirşanı və vanil notlarında qurmanik qadın ətirləri xoşlarına gəlir. Xüsusilə də, kişilərin 60%-i vanil qoxulu qadın ətirləri “yoldan çıxardır”. Psixoloqlar bunun uşaqlıqda onlara şirin qidalara qarşı qoyulan qadağa ilə bağlı olduğunu bildirirlər. Əsasən, bu qadağalar siyahısında tort, konfet və başqa şirin qidalar dayanır. Bugün bloq yazımızı yəqin anladınız ki, kişilərə təsir edən, onların ağlını başlarından alan şirin çalarlarda qurmanik qadın ətirlərinə həsr edirik. Və bu cür ətirlərin ən öndə gedənlərindən 5-ni sizin üçün seçdik.

Bonbon, Viktor&Rolf

Bonbon fransızlarda konfet deməkdir. Ətrin kompozisiyasında karamel naringi və əriklə birləşir, ortaya karamelli-meyvəli şirin qurmanik ətir çıxır. Ətrin şüşəsi də “dadı” qədər fərqli, zərif formada dizayn olunub – kokteyl çəhrayısı zəngli bant formasında olan şüşə də diqqəti özünə çəkir.

La Vie Est Belle, Lancome

Lancome-un La Vie Est Belle ətri qoxu piramidasına görə, yüksək konditer sənətinin reseptlərinə bənzəyir. Ətrin kompozisiyasını dəyərli tonka ağacının dənəsi və nadir vanil növü ilə tamamlanır. Bu əsas notlara isə şirəli armud, qara qarağat əlavə olunur. Bu ətrin qoxusuna güclü cins müqavimətsiz təslim olur.

Angel, Thierry Mugler

Angel qurmanik ətirlər tarixində ilkdir. Ətrin müasir dövrdəki yenilikləri də məhz ilki ilə bağlıdır. Dizayner Thierry Mugler “Angel” ətrini yaradarkən məhz uşaqlığını xatırlamaq istəyirdi. Bu səbəblə də, ətriyyatçı Olivie Chresp ətrin piramidasını hazırlayarkən bura, şokolad, vanil və karamel notlarını paçuli akkordları ilə əlavə etdi. Heç kim gözləmirdi ki, alınan qoxu bu qədər uğurlu olar. Bu uğurun nümunəsi kimi dünyada hər il 2 milyon “Angel” ətrinin satıldığını göstərmək kifayətdir.

Black Opium, Yves Saint Laurent

Yves Saint Laurent-in Black Opium ətrində vanil, konfet, şirin, isti ədviyyat, ağ çiçək notları üstünlük təşkil edir. Bir çoxları bu ətri intim ətir adlandırır. Qalıcılığı iki gün olan Black Opium “qışqıran” ətirdir. Şərq notlarında, “rok-şıq” tərzində enerji və mistika dolu ətirdir. Qurmanik ətir olan Black Opium-da çiçək notlar şərq ədviyyatı ilə qovuşaraq ortaya dəbdəbəli, ürək ovsunlayan ətir çıxardır. Məhz vanilin qoxusu yetir ki, ətir kişilərin ağlını başından alsın.

Si, Giorgio Armani

Si lakonik flakonunda zərif, sadə və eyni zamanda zadəganlıqdan xəbər verən qoxu daşıyır. Ətirdə qara qarağat mürəbbəsi şirin qoxusunu astaca zəirf vanilə və çiçəklərə verir. Paçuli isə bu birləşmədə çox “dadlı” olur, demək olar ki, ətirdə hiss olunmur amma “ləzzət”ini biruzə verir. Ətir qoxusu, zərifliyi və əzəmətilə hisləri “dil”ə gətirməyi bacarır.
Qeyd edək ki, əks cinsin nümayəndələrinin əksəri biz qadınlarda vanil, karamel, şəkər kirşanı, konfet, dondurma və bu cür şirin qurmanik qoxuları hiss etməyi sevirlər. Lakin istisnalar da az deyil.

Şərhlər

XƏBƏR LENTİ