SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məmur restoranı: araq 200, konyak 300, viski 350 manat – Fotolar

Məmur restoranı: araq 200, konyak 300, viski 350 manat – Fotolar

Tarix:

26-05-2018, 16:52

/ 5 013 dəfə oxundu.
Məmur restoranı: araq 200, konyak 300, viski 350 manat – Fotolar

Azərbaycanda məmurların nəzarətindən kənarda otel, restoran, tikinti, zavod, heç bir müəssisə yoxdur.
Müstəqil sahibkarlar olmadığı üçün bazar tariflərini oliqarxlaşmış nazir-məmurlar müəyyən edirlər. Bu gün otellər və restoranlar azad sahibkarların əlində deyil.
Onlardan biri də Novxanı sahilində yerləşən “Kalyon” restoranıdır. Dənizin sahilini zəbt edən bu istirahət mərkəzində qiymətlər “dodaq uçuqladır”.
Səbəbi isə əsasən varlıların, idarə müdirlərinin, məmurların restoranda yeyib-içməsidir. Ən əsası da içkilərin qiymətləri fantastikdir.

AzEuroNews.com-a fotoları göndərilən menyuda xüsusi olaraq spirtli içkilərin məbləğinə diqqət çəkilib.

Məsələn, “Blue label” viskisinin 700 qramı 320, 1 litri 350 manatdır. “Hennesy XO” konyakının 0.7 olan şüşəsi 300 manatadır.
Şəhərdəki restoranlarda içilən “Beluqa” arağı 55-70 manat arasında qoyulsa da, “Kalyon” restoranı 0.7 olan bu içkini 200 manatdan aşağı vermir.
“Stoliçnaya”, “Russkiy standart” kimi araqlar 22-25 manat olduğu halda, burada 35-40 manatdır. Yəni, üzərinə o qədər pul qoyulub ki, burada yeyib-içənin burundan gələr.
Yerli araqlar isə 10-15 manatdır. tekila sierranın 50 qramı 5, omeqası 6 manat, “Xırdalan” pivəsi 2, 50 qəpik, “Efes” və digər pivələrin bir şüşəsi isə 5 manatdır.
Şərablar isə 15 manatdan başlayır və ən ucuzu elə yerli məhsullardır. Gürcü çaxırları isə 20 manatdan ucuz deyil.
Cumhuriyyet.net-in yazdığına görə, restoran Sumqayıtın icra başçısı Zakir Fərəcova aiddir. Çimərliyə edən yolu hasarlayıb və restoran tikib, idarəçiliyi yaxın şəxsə tapşırıb.

► ► ► İddialarla bağlı qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq…
Məmur restoranı: araq 200, konyak 300, viski 350 manat – Fotolar
Məmur restoranı: araq 200, konyak 300, viski 350 manat – Fotolar
Məmur restoranı: araq 200, konyak 300, viski 350 manat – Fotolar
Məmur restoranı: araq 200, konyak 300, viski 350 manat – Fotolar

Şərhlər

XƏBƏR LENTİ