SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » NAZİM İBRAHİMOV QIZINA TOY ETDİ – Nazirlər mərasimə qatılmadı (Fotolar)

NAZİM İBRAHİMOV QIZINA TOY ETDİ – Nazirlər mərasimə qatılmadı (Fotolar)

Tarix:

7-05-2018, 10:59

/ 1 864 dəfə oxundu.
NAZİM İBRAHİMOV QIZINA TOY ETDİ – Nazirlər mərasimə qatılmadı (Fotolar)

Mayın 5-də “JW Marriott Absheron” otelində Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimovanın toyu olub. Nazim İbrahimovun qızı iş adamı Kamran Əliyevlə ailə qurub.

Toyda cütlüyün ailə üzvləri və dostları, eləcə də şou-biznes nümayəndələri iştirak edib. Ukraynanın sabiq prezidenti Viktor Yuşenko da qonaqlar arasında olub.

Qeyd edək ki, K.İbrahimova “DeCamie” moda evinin sahibidir.

Unikal.org-un əldə etdiyi məlumata görə isə, Nazim İbrahimov dəvət etdiyi nazirlər və daha yüksək ranqlı məmurların heç biri toya qatılmayıb.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təqdimatında sabiq sədr Nazim İbrahimovu sərt tənqid edib.

PA rəhbəri qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
NAZİM İBRAHİMOV QIZINA TOY ETDİ – Nazirlər mərasimə qatılmadı (Fotolar)
NAZİM İBRAHİMOV QIZINA TOY ETDİ – Nazirlər mərasimə qatılmadı (Fotolar)
NAZİM İBRAHİMOV QIZINA TOY ETDİ – Nazirlər mərasimə qatılmadı (Fotolar)
NAZİM İBRAHİMOV QIZINA TOY ETDİ – Nazirlər mərasimə qatılmadı (Fotolar)

Şərhlər

XƏBƏR LENTİ