SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan gerbindən “Allah” sözünün çıxarılması təklif edilir - VİDEO

Azərbaycan gerbindən “Allah” sözünün çıxarılması təklif edilir - VİDEO

Tarix:

2-05-2018, 23:06

/ 2 293 dəfə oxundu.
Azərbaycan gerbindən “Allah” sözünün çıxarılması təklif edilir - VİDEO

Milli Məclisin iclasında Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynov Azərbaycan gerbinin və himninin dəyişdirilməsini təklif edib. Onun sözlərinə görə, AXC hakimiyyəti dövründə Azərbaycan gerbində dəyişiklik edilib və oradakı alov ərəb əlifbası ilə “Allah” sözünə çevrilib. Ona görə də gerb yenidən dəyişdirilməli və dövrün tələbinə uyğun işlənilməlidir. R.Hüseynov eyni zamanda himndə də dəyişiklik edilməsini təklif edib. O deyib ki, AXC hakimiyyəti dövründə huimnin sözlərinə dəyişiklik edilib. “Ona görə də təklif edirəm ki, həm gerb, həm də himnə düzəlişlə bağlı xüsusi komissiya yardılmalıdır və bu səhvləri aradan qaldırılmalıdır”– deyə, R. Hüseynov bildirib.
FaktXeber.com məsələ ilə bağlı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıdan və KXCP sədri Mirmahmud Mirəlioğludan münasibət öyrənib.
Milli azadlıq hərəkatının əsas simalarından olan Nemət Pənahlı Azərbaycanın himnin qəbul olunan gündən ən uğursuz himn olduğunu düşündünüyünü bildirib: “Düzdür, musiqisinə bir söz deyə bilmərəm, Üzeyir bəyin bəstəsidir. Amma sözləri çox zəif, mənasızdır. Əhməd Cavada mənim dərin hörmətim var. Ancaq o şeir himni ifadə etmir. Elə bil tələm-tələsik iki cümlə quraşdırıb atıblar. Üzeyir bəy kimi dahi bəstəkar o sözlərə, ancaq belə bir musiqi yaza bilərdi.”
Politoloq himnin bir millətin simvolu, xalqı döyüşə çağıran, millətin mübarizə ruhunu ifadə edən ən qüdrətli vasitə olduğunu, bu mənada Azərbaycanın himninin heç nəyə yaramadığını vurğulayıb: “Bu mahnı himn kimi qəbul edildikdən sonra elə bil ki, Azərbaycanın mili mübarizə ruhu məhv edildi. Azadlıq hərəkatı zamanı meydanda biz himn əvəzinə Koroğlunun üverturasını səsləndirirdik. O da Üzeyir bəyin musiqisidir. Üvertura ilə himni müqayisə edin, görün hansı daha çox effekt verir.”
Siyasətçi gerb məsələsinə də toxunaraq, milli simvoldan Allah sözünün çıxarılmasını ateist fəlsəfəsindən doğan fikir olduğunu dedi: “Gerbin üzərindəki Allah sözü bu milləti təmsil edir. Çünki bu millət haqq yolunda olandan dünyaya hökm edib, haqq yolundan azanda isə məğlub olub. Haqq da Allahın adlarından biridir. Yəni nə vaxt xalq Haqq yolunda, Allah yolunda, millət yolunda bayrağını qaldırıbsa, dünyanı hökm edən millətlərin sırasına gəlib.”
Mirmahmud Mirəlioğlu da deputat Rafael Hüseynovun təklifinə münasibət bildirərək, sözügedən dəyişikliyə qətiyyən ehtiyac olmadığını vurğuladı: “Bu Azərbaycanın düşməninə lazım olan bir məsələdir. Azərbaycanın işi qurtarıb ki, o, gerblə, təsvirdə dəyişiklə məşğul olur? Bir tədqiqatçı, şərqşünas kimi öz sahəsi ilə məşğul olmalıdır, siyasət onun işi, bacarığı deyil. Bəzi dilçi akademiklər var ki, hələ dillərinin altında hansı zəhərlər yatır, hansı sözlüyü necə dəyişmək istəyir, “biz belə tələffüz etməliyik” kimi başlarından böyük danışırlar, məncə, bu da akademikimizin Azərbaycanın gerbinə və himninə dil uzatmağıdır. Dədələrimizin bir misalı var: “Yaşına, yaşına, çıxdı ocaq başına”. İndi bu aşnalar ocaq başındadırlar, o deməkdir ki, nə istəyirlər etməlidirlər? Xeyir. Ən azından, arxcasında duranlar, bu məsələdə dil verənlər fərqində olmalıdırlar ki, bu dillər bir gün kəsiləcək, susdurulacaq və hər kəs öz yerində olacaq. Bu gün Azərbaycan üçün bu məsələ ciddi, vacib məsələ deyil. Təsdiq olunmuş məsələdir. İndiyə qədər Avropa Şurasında, dünyada Azərbaycanı bu gerblə, bu himnlə təmsil edənlər kefləri nəyi, nə vaxt istəyəcəklər, hansı düuşməndən hansı sözləri gətirmək istəyəcəklər, biz də onların nazı ilə oynayacağıq?.”
“Bəzi şeyləri bütövlükldə kimin kim olmağını açıq demək lazımdır. Məncə, Rafael Hüseynov elə oturduğu yerdə otursa, xüsusilə belə məsələlərdə sussa, daha yaxşıdır. Özünə də xeyri var, Azərbaycana da ziyan gətirməz. Yeni mövzu gətirməz, diskusiya açmaz. Bu işin arxasında da olanlar fərqində olmalıdırlar ki, bu məsələ onlara da xeyir gətirməyəcək”, - deyə politoloq sözlərini bitirdi.

Sonda isə 2011-ci ildə Azərbaycan gerbinin müəllifi Rafiq Məmmədovdan aldığımız video müsahibəni təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ