SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zakir Fərəcovun adından oğluna toy pulu yığırlar

Zakir Fərəcovun adından oğluna toy pulu yığırlar

Tarix:

7-04-2018, 12:02

/ 6 559 dəfə oxundu.
Zakir Fərəcovun adından oğluna toy pulu yığırlar

Sumqayıtda poliklinikalardan, xəstəxanalardan və məktəblərdən pul yığılmasının səbəbi məlum olub.
İcra başçısı Zakir Fərəcovun oğlunun yaxın vaxtlarda baş tutacaq toyunun adından istifadə edərək pul yığırlar.
Məlumatda deyilir ki, həkim və müəllim kontingentindən 50 manatdan yığıma başlanıb.
Toyun Bakıdakı “Şah” sarayında keçiriləcəyini yazan feysbuk istifadəçiləri iddia edirlər ki, stolun biri 200 manatdır.
Ona görə də tibb və təhsil işçilərinin maaşından kəsərək toy xərclərinə sərf olunacağı deyilir.
Z.Fərəcovun böyük biznes imkanlarının olduğunu, övladına toy etmək gücünə malik olmasını nəzərə alsaq, onun oğlunun adından istifadə edildiyi görünməkdədir.
İnandırıcı deyil ki, icra başçısı belə bir göstəriş verib. Azərbaycanda ən kasıb ailə də çətinliklə olsa belə övladına toy edir və yığılan nəmərlə xərcləri ödəyir.
Odur ki, Sumqayıtda tibb və təhsil işçilərinin icra başçısının adından istifadə edərək pul yığılması ciddi narazılıq yaradıb. Bunu yerli səhiyyə və təhsil şöbələrinin işi olduğu görünür.
Xəbər axşam saatlarında yayıldığı üçün Sumqayıt ŞİH-nin mövqeyini öyrənmək mümkün olmadı, qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ