Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub.
A24.az-ın xəbərinə görə, sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun vəziyyəti barədə heç bir məlumat verilmir.
Mərkəzi Gömrük Hospitalından Axar.az-a verilən açıqlamada bildirilib ki, Fazil Məmmədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı onlarda heç bir məlumat yoxdur.
Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.
***
Fazil Məmmədovun hazırda Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunduğu bildirilib. Xəstəxanadan Faktor.az-a bildirilib ki, sabiq nazir əməliyyat keçirməyib və hazırda xəstəxanada müalicə alır.
Gəncə Beynəlxalq Xəstəxanasının Fazil Məmmədova aid olduğu da qeyd edilib.