Eks-nazirin özü vergi yoxlamalarına məruz qaldı- Fazil Məmmədovun OBYEKTLƏRİ YOXLANILIR
Bir vaxtlar sahibkarlara göz verib, işıq verməyən eks-vergilər naziri Fazil Məmmədov özü yoxlamalara məruz qalıb
xalqxeber.az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, hazırda Türkiyədə müalicə alan sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır.
Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir.
Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib.
Qeyd edək ki, F.Məmmədov Türkiyəyə aparılmamışdan əvvəl Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb.
F.Məmmədov hazırda Türkiyədəki "American Hastanesi"ndə müalicə alır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək