Fazil Məmmədovun başı dərddə: şəxsi təyyarəsi əlindən alındı
Ötən ilin 5 dekabrında prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunan Fazil Məmmədovun vəziyyətinin heçdə ürəkaçan olmadığı deyilir.
xalqxeber.az xəbər verir ki, azfakt.com-un əldə etdiyi məlumata görə, sabiq nazir "AtaBank"dan götürdüyü milyonlarla manat krediti ödəyə bilmir. Məlumatı verən mənbə bildirir ki, bu səbəbdən Fazil Məmmədova məxsus təyyarə əlindən alınıb.
Qeyd edək ki, keçmiş nazirin "Qolfstrim” markalı model təyyarəsi var. Bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi "AtaBank"dan ona verilən milyonlarla manat dəyərindəki kredit qarşılığında girov qoyulmuşdu. Nazir olduğu vaxt krediti vaxtında ödəyən Fazil Məmmədov işdən çıxarıldıqdan sonra ödənişləri etməyib. Bu səbəbdən də şəxsi təyyarəsi əlindən alınıb. Bildirək ki, qeyd edək ki, hal hazırda "AtaBank" İdarə heyyətinin sədri Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevdir.
Məlumat üçün qeyd edək ki, sabiq nazirin təyyarəsinin 20-30 milyon manat dəyərində olduğu bildirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...