XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Seçkidən sonra hansı nazirimiz kreslosunu itirəcək?

Seçkidən sonra hansı nazirimiz kreslosunu itirəcək?

Seçkidən sonra hansı nazirimiz kreslosunu itirəcək?
4-04-2018, 09:54

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov prezident seçkilərindən sonra bütün nazirlərin istefaya göndəriləcəyi ilə bağlı açıqlama verib.

Bununla bağlı sonxeber.az-a açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki,11 aprel prezident seçkilərindən sonra nazirlər kabibeti istefaya gedir:

"Seçilən prezident yenidən kabinet formalaşdıracaq. Azərbaycanda bir neçə nazirlər 20 ildən artıqdır ki, öz kürsündədir. Bu seçkidən sonra YAP funksioneri tərəfindən belə bir açıqlamanın verilməsi gözləniləndir. Bəllidir ki, bir neçə nazirin yaşı elə bir səviyyədədir ki, onların fiziki imkanları yenidən kabinetdə qalmağa imkan vermir. Hansı nazirin ilkin olaraq istefaya göndəriləcəyini əsasən baş naziri deyə bilərəm. Çünki, baş nazirin kifayət qədər yaşı növbəti dönəmdə öz vəzifəsinin icrasına imkan verməyəcək. Nazirlər kabinetinin tərkibində yeniliklərin olacağı gözlənilir. Kənd təsərrüfatı nazirində bu siyahıda olacağını istisna etmirəm".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.