SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nərimanov rayon icra başçısı uşaqlarla yumurta döyüşdü - Fotolar

Nərimanov rayon icra başçısı uşaqlarla yumurta döyüşdü - Fotolar

Tarix:

19-03-2018, 11:42

/ 1 943 dəfə oxundu.
Nərimanov rayon icra başçısı uşaqlarla yumurta döyüşdü - Fotolar

Nərimanov rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə metronun Nəriman Nərimanov stansiyasının çıxışında yerləşən parkda Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

xalqxeber.az xəbər verir ki, tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

İdmançılar müxtəlif idman növləri üzrə çevik hərəkətlərlə öz məharətlərini nümayiş etdiriblər.

Rayon İcra Hakimiyyəti rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirində iştirak ediblər.
Nərimanov rayon icra başçısı uşaqlarla yumurta döyüşdü - Fotolar
Nərimanov rayon icra başçısı uşaqlarla yumurta döyüşdü - Fotolar
Nərimanov rayon icra başçısı uşaqlarla yumurta döyüşdü - Fotolar
Nərimanov rayon icra başçısı uşaqlarla yumurta döyüşdü - Fotolar

Şərhlər

XƏBƏR LENTİ