XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Vüqar Zeynalov nazir Əbülfəz Qarayevə qarşı - İlham Əliyevə Şikayət məktubları ünvanlandı

Vüqar Zeynalov nazir Əbülfəz Qarayevə qarşı - İlham Əliyevə Şikayət məktubları ünvanlandı

Vüqar Zeynalov nazir Əbülfəz Qarayevə qarşı - İlham Əliyevə Şikayət məktubları ünvanlandı
19-02-2018, 14:58

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində yaşanan qalmaqal ilə bağlı məlumatlar dərc etmişdik. Bu gün isə redaksiyamızın elektron poçtuna daxil olan şikayətdə qeyd edilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mədəniyyət sahəsində əziyyət çəkən müəllim heyətinin məvaciblərinin kəsilərək qalıq hissələrinin ödənilməməsində israrlıdırlar. Dekabr ayında əməkdaşlarına yanvarda maaşların veriləcəyini kəsirlərində tam şəkildə ödəniləcəyini vurğulayan səs yazısınında olması bu şikayətlərin haqqlı tərəfini göstərməkdədir. Amma görünən odur ki, nə nazirlik nədə idarə həmkarlarının məvaciblərinin tam şəkildə ödənilməsinin leyhinə deyilər.
Artıq bir müddətdir ki, müxtəlif media səhifələrində Bakı şəhərində fəaliyyət göstərən musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimlərinin əmək haqqlarının əsassız şəkildə kəsildiyi haqqda məlumatlar yayımlanır. Mədəniyyət və Turizm Nazirliyi o cümlədən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi bu şikayətlərə münasibət bildirərək, yanvar ayında bu problemin aradan qaldırılacağı və kəsilən əmək haqqlarının geri qaytarılacağı haqqda 11.01.2018-ci ildə rəsmi açıqlama versələr də növbəti ayda yenidən əmək haqqları kəsilmişdir.
Qeyd edək ki, il ərzində Vuqar Zeynalovun rəhbərlik etdiyi idarə məhz Bakı Şəhər Mədəniyyət və Turizm nazirliyinə məxsus müəssisələrdən qanunsuz tələbləri ilə yığdığı milyonlar barəsində uzun müddətdir sosial mediada məlumatlar dərc edilməkdə idi. Müxalifət mediasında bu məsələ ilə bağlı geniş yazı dərc edilməsinə baxmayaraq V.Zeynalov həmin media orqanı ilə anlaşmaya gedərək yazıların dayandırılmasına nail olmuşdur. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, V.Zeynalov qanunsuz əmələrinin ifşa edilməsinə görə müxalif media orqanına yüksək miqdarda “şirinlik” verməklə məsələnin tamamilə dayanmasına və birdaha onun barəsində yazı dərc edilməyəcəyi barədə təminat almışdır. Məsələnin əsas mahiyyəti isə müsiqqi məktəblərində olan ölücanlar sisteminin məhz bir başa Vuqar Zeynalova məxsus olması göstərilirdi. Bu gün mediada şikayətçi düşən müəllim kollektivinin idarəyə çağrılaraq hədələnməsidə gələcəkdə idarə rəhbərinin tutduqları əməllərinin sosia mediada səslənməməsinə yönəlmiş addım kimi qiymətləndirilməkdədir.
Müəllimlər qeyd edir ki, Prezident İlham Əliyevə müraciət edəcəyimizdən xəbər tutan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov məktəb direktorlarına narazı olan müəllimlərin qarşısını almaq və bu işdə aktiv olan müəllimlər haqqında tədbir görmək tapşırığını vermişdi. Bu tapşırığı isə musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva direktorlara şəxsən söyləmişdir.
Müəllimlər də öz növbəsində narazılıqlarını kütlə şəklində bildirməklə müxtəlif orqanlara və o cümlədən ölkə rəhbərinə də şikayət məktubları ilə müraciət etməkdə davam edirlər.

BakuNews.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.