SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » General Əsgər Abdullayev mülklərini satışa çıxardı…

General Əsgər Abdullayev mülklərini satışa çıxardı…

Tarix:

31-01-2018, 09:38

/ 7 654 dəfə oxundu.
General Əsgər Abdullayev mülklərini satışa çıxardı…

Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayev barədə ilginc məlumat daxil olub.

Məlumata görə, son zamanlar ölkədə aparılan ciddi struktur islahatlarının Gömrük Komitəsində də aparılacağını nəzər alan Əsgər Abdullayev özünün və yaxın ətrafının adına aldığı mülkləri gizli olaraq satışa çıxartdırıb. Satışa çıxarılan mülklərin arasında Novxanı, Şağan və Badamdar qəsəbələrində ümumi dəyəri 20 milyona yaxın olan malikənələrin olduğu vurğulanır.
Qeyd edək ki, hələ bir müddət öncə mətbuatda yazılan, ancaq sonradan müəmmalı formada “yoxa” çıxan xəbərlərdə Əsgər Abdullayevin Şağan qəsəbəsində 10 milyonluq malikanə tikdirməsi haqda məlumatlar yayılmışdı. Fotolarla birgə yayılan xəbərə görə, Əsgər Abdullayevin Şağandakı malikanəsinin torpağına 1.5 milyon manat, malikanənin dizaynına isə 300 min xərclədiyi deyilirdi.
Ümümi ərazisi 4200 kvadratmetr ola, bir çox müasir memarlıq üslubunu özündə birləşdirən malikanənin əsasən 3 mərtəbədən, baş tərəfində ucalan qış qülləsi isə 5 mərtəbədən ibarət olduğu deyilirdi.
Qeyd edək ki, məlumata görə fasadında mason emblemi olan malikanənin tikintisinə ümumi rəhbərliyi Əsgər Abdullayevin Gömrük komitəsində çalışan qardaşı polkovnik-leytenant Sücaət Abdullayevin rəhbərlik edib. Maraqlı olan odur ki, Sücaət Abdullayev hətta rəsmi iş vaxtlarının çox hissəini xidməti avtomobili ilə qardaşının malikanəsinin tikintisində keçirib.
Digər maraqlı məqam isə Əsgər Abdullayevin paytaxtın Badamdar qəsəbəsində tikdirdiyi villa ilə bağlıdır. Belə ki, villanın ümumi sahəsinin 800 kvadratmet, qiymətinin isə təxminən 4.5 milyon manat civarında olduğu deyilir. Həmin villada Əsgər Abdullayevin Gömrük Komitəsində çalışan polkovnik-leytenant rütbəli Sücaət adlı qardaşı yaşayır. O da qeyd olunur ki, Sücaət Abdullayevin diplomu Dövlət Komitəsində işləməyə yaramasa da, general-leytenant Əsgər Abdullayevin sayəsində bu hal ört-basdır edilməkdədir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AzFakt.com

Şərhlər

XƏBƏR LENTİ