SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bir korrupsiyanın izi ilə … General şantajlara niyə boyun əyir?

Bir korrupsiyanın izi ilə … General şantajlara niyə boyun əyir?

Tarix:

5-01-2018, 09:27

/ 1 748 dəfə oxundu.
Bir korrupsiyanın izi ilə … General şantajlara niyə boyun əyir?

Arzu Rəhimovu çətin duruma salan müdhiş korrupsiyanın izi ilə

Dövlət məmurlarının öz fəliyyətinə görə tənqidə məruz qalması təbii haldır. Hətta medyanın gündəmində olmayan məmurun bu qədər toxunulmaz qalması da suallar doğurur.
Azərbaycanın dövlət sistemi ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bir xətt üzrə davam etdirilir. İstənilən dövlət xadimi, məmur da bu xəttə sədaqətlə xidmət etməyə, öz fəaliyyətini bu istiqamət üzrə qurmağa borcludur. Təəssüf ki, elə faktlarla rastlaşırsan ki, bir məmurun təmsi etdiyi komandaya bu qədər xəynət edə biləcəyini düşünə bilmirsən.
Müharibə vəziyyətində yaşayan bir ölkədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nə qədər strateji əhəmiyyət daşıdığını izah etməyə lüzum yoxdur. Səngərdə duran hər bir əsgər üçün məsuliyyət daşıyan belə bir qurumun korrupsiyaya bulaşması, rüşvətlə işləməsi isə ən ağır cinayətdir.
Neçə müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən özbaşınalıqlar dövrü mətbuatın diqqət mərkəzindədir. Buna qədər yazılanlar arasında dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilirdisə də artıq xidmətdə baş verən elə gülünc faktlar haqqında danışılır ki, onları ictimailəşdirməyə adam özü də utanır.
Rubrika.az saytına verilən xəbərə görə son bir ildə bir neçə nəfər Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rəisi Arzu Rəhimovu şantaj edərək ondan vəzifə alıb. Bildirilir ki, Arzu Rəhimov onu şantaj edən keçmiş işçilərinin qarşısında boyun əyir və onlara vəzifə verir. Qeyd edək ki, saytımıza daxil olan faktlar da bunu sübut etməkdədir.
Mənbə bildirib ki, təqribən il yarım əvvəl Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rayon rəislərindən biri mətbuat vasitəsi ilə Arzu Rəhimovu şantaj etməyə başladı. Bu şantajın qarşısını almaq üçün Arzu Rəhimov həmin şəxsi rayonların birinə xidmət rəisi yolladı. Bundan sonra isə Arzu Rəhimov davamlı olaraq öz keçmiş işçiləri tərəfindən şantaja məruz qalır.
Göstərilən faktlardan aydın olur ki, bir şəxs öz fəaliyyəti boyunca nə qədər “günahlara” batmalıdır ki, istənilən işçisi tərəfindən şantaja məruz qala bilsin. Belə bir məmurun dövlətə, dövlətçiliyə nə qədər zərbə vurduğunu da sübut etməyə böyek bir istedad lazım deyil.
Xatırladaq ki, bir müddət əvvəl, daha doğrusu yuxarıda bəhs edilən şəxs təqaüdə yollanıldığı üçün Arzu Rəhimovdan incik düşüb SHXÇDX rəisini mətbuat vasitəsi ilə şantaj edərək vəzifə aldıqdan qısa müddət sonra SHXÇDX-nin sabiq idarə rəisi, polkovnik-leytenant Ağaverdi Fəttahov da həmkarının yolu ilə gedərək Youtebe kanalında keçmiş rəisini açıq şəkildə ifşa edib.

Qeyd edək ki, Arzu Rəhimov 2012-ci ildə Ağaverdi Fəttahovu Xidmətin Tovuz rayon şöbəsi vəzifəsindən azad edib.

Arayış üçün bildirək ki, 1995-ci ildə ordu sıralarından tərxis olunan Ağaverdi Fəttahov hərbi komissarlıq sisteminə keçib və Şuşa və Xocalı rayonlarının hərbi komissarı təyin olunub. Daha sonra 2006-cı ildə Lerik , 2008-ci ildə Tovuz rayonunun hərbi komissarı kimi çalışır. 2012-ci ilin avqustunda yaşa görə təqaüdə göndərilir. 2012-ci ildə işdən azad olunduqdan sonra Ağaverdi Fəttahov bir neçə il müdətində Arzu Rəhimova qarşı heç bir addım atmayıb və ona qarşı hər hansı ittiham irəli sürməyib. Ancaq 2015-ci ildə həmkarının Arzu Rəhimova qarşı şantajı ucurlu oluqdan sonra “Kanal7” internet televiziasına müraciət edərək Arzu Rəhmovu biabır edib.
Sayta verilən xəbərə görə video dərc olunduqdan sonra Arzu Rəhimov polkovnik leytnantla əlaqə saxlayıb və Ağaverdi Fəttahov ondan yenidən rayonların birində rəis vəzifəsinə yollamağı tələb edib. Arzu Rəhimov sabiq işçisinə söz versə də, məsələ bir ildən artıq yubanıb. Ağaverdi Fəttahov Arzu Rəhimova zəng edərək yenidən xidmət rəisi vəzifəsinə qaytarılmayacacı təqdirdə onun haqqında daha ciddi faktlarla çıxış edəcəyini bildirib. Nə qədər qəribə olsa da, Ağaverdi Fəttahovun bu şantajı uğurlu nəticə ilə sona çatıb. Belə ki, bu ilin oktyabrın 16-da SHXÇDX rəisi Arzu Rəhimov Ağaverdi Fəttahovu Xidmətin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsinə təyin edib.
Göründüyü kimi ölkənin ən mühüm, strateji əhəmiyyətli postlarından birində əyləşən şəxs rayon səviyyəli bir işçisinin təhdidlərindən qorxaraq onu vəzifəyə təyin edir. Bu bir məmur üçün ən biabırçı karyera enişidir. Eyni zamanda bir məmur korrupsiyaya nə qədər bulaşmalıdır ki, özündən aşağı ranqlı bir işçisinin təhdidindən
qorxsun.
Çox gülünc bir situasiyadır. Lakin. Arzu Rəhimov haqqında bu qədər gülünc faktların olmasına baxmayaraq hələ də general mundirinin verdiyi səalhiyyətlərdən istifadə edir. Halbuki, dövlətin generalı haqqında belə bir ittiham səslənirsə o ən azından buna cavab vermək zorundadır. Çünki, dövlətin qorxduğu bir rütbə yoxdur, dövlətdən qorxmayan bir rütbə sahibi ola bilər. Amma, nə qədər?

Şərhlər

XƏBƏR LENTİ