XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Sürücülərin nəzərinə — Bu prospektdə hərəkət məhdudlaşdırılır

Sürücülərin nəzərinə — Bu prospektdə hərəkət məhdudlaşdırılır

Sürücülərin nəzərinə — Bu prospektdə hərəkət məhdudlaşdırılır
18-12-2017, 12:00

Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq, bu gündən etibarən (18 dekabr) sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.
Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.
Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.