SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səbuhi Rəhimlidən türk astroloqun dəhşətli 2018 proqnozuna reaksiya - "Kartla fala baxandır"

Səbuhi Rəhimlidən türk astroloqun dəhşətli 2018 proqnozuna reaksiya - "Kartla fala baxandır"

Tarix:

15-12-2017, 11:02

/ 2 027 dəfə oxundu.
Səbuhi Rəhimlidən türk astroloqun dəhşətli 2018 proqnozuna reaksiya - "Kartla fala baxandır"

Öncə görmələrinin gerçəkləşdiyi deyilən türkiyəli astroloq 2018-ci il haqqında dəhşətli proqnozlar verib. Türkiyənin məşhur astroloqu Aslı Güdərin 2018-ci ildə dünyada baş verəcəklərlə bağlı yaydığı proqnozları diqqətinizə çatdırmaq istərdik. Astroloq gələn il III Dünya müharibəsinin başlamayacağını deyib: “Lakin III Dünya müharibəsindən daha betər olan terror aktlarının şahidi olacağıq. Dövlət qura bilməyən İŞİD-in gizli hücrələri Avropa ölkələrinin paytaxtlarında daha öncə bənzəri olmayan qətliamlar törədəcək. Diqqət edin, terror aktı yox, birbaşa qətliamlar”.
Öncəgörən iddia edir ki, dünyada iqtisadi böhran bir sıra böyük markaları vuracaq: “Başda böyük şirkətlər olmaq üzrə bir sıra məşhur markalar çətinliklərlə üzləşəcək. Xüsusilə böyük bir şirkətin çökməsi hamını heyrətləndirəcək”, - deyə o bildirib. Astroloqun proqnozlarında deyilir ki, qlobal istiləşmə ən azı terror aktları qədər tələfata səbəb olacaq: “İstiləşməyə görə qopan buz parçaları cənubdakı sahil şəhərlərində daşqınlar yaradacaq. Bununla yanaşı, gələn il ölmüş bildiyimiz bir çox məşhur şəxsin əslində ölmədiyini, gizləndiyini öyrənəcəyik. Həmçinin bir çox məşhur şəxs intihar edəcək. Müxtəlif cür narkotik vasitələr çıxacaq və narkotik istifadəçilərinin sayı inanılmaz dərəcədə artacaq. Kimliyi, məqsədi bilinməyən terror təşkilatları kimyəvi və bioloji silahlarla insanların sıx gəzdiyi ticarət mərkəzlərinə hücum edəcək”.
A.Güdər iddia edir ki, gələn il dünyanın şərqindəki bir maliyyə paytaxtında “11 sentyabr” kimi terror aktı törədiləcək: “Bütün dünya bu hadisəni günlərlə müzakirə edəcək”.
Onun fikrincə, yeni bir din və daha öncə heç kimin bilmədiyi yeni bir dil meydana gələcək.
“Kiber hücumlar artacaq, bəzi böyük paytaxtlar qaranlığa bürünəcək. Hər kəs mümkün olduğu qədər təbii qidalardan istifadə etməlidir. Çünki qidalardan gələn viruslar ciddi epidemiyalara yol açacaq. Ümumilikdə, 2018-ci il tarixə bəşəriyyətin ən böyük xaosunun başlandığı il olaraq düşəcək”-deyə, öncəgörən bildirib.
Qeyd edək ki, A.Gündərin 2017-ci il üçün verdiyi proqnozlara “Londonda terror aktı, İŞİD-in Afrikaya keçidi, Bərzaninin referendumunun baş tutmaması, Trampın müsəlmanlara qarşı düşmənliyinin ABŞ-ın başına bəlalar açacağı” kimi həyata keçmiş hadisələr daxil idi.

Maraqlıdır, Azərbaycan astroloqları türk astroloqun dedikləri barədə nə düşünür?

Astroloq Səbuhi Rəhimli Aslı Gündərin əslində astroloq yox, kartla fala baxan olduğunu dedi: “Nədənsə, son illər insanların diqqətini qorxulu, təlaş dolu informasiyalarla çəkməyə meyllər yaranıb. Xatırlayıram ki, ”21 dekabr 2012-ci ildə dünya dağılacaq" şayiəsini əsaslı arqumentlə təkzib etsəm də, hətta bu barədə kitab yazsam da insanların böyük əksəriyyəti buna əhəmiyyətsiz yanaşmışdı. Sanki qorxularını azaldacaq şeyləri istəmirdilər. Bildiyiniz kimi, deyilənlər yalan çıxdı. Amma vəziyyət dəyişmədi. Sabah yenə hansısa tarixdə fəlakətlər olacağını desələr, maariflənməmiş bu insanlar yenə də inanacaqlar. Mətbuatdan da bildiyimiz kimi, bu vaxta qədər dəfələrlə Yer astroidlə toqquşacaq kimi xəbərlər dolaşdı. Amma bir real fakt da olmadı. 2017-ci il üçün verdiyim proqnozlardan biri də bu idi ki, İŞİD darmadağın olacaq. Amma bu proqnoz diqqət çəkmədi. Hərçənd yalandan desəydim ki, İŞİD Azərbaycanda terror edəcək və ya Türkiyəyə hücum edəcək, inanın ki, daha böyük maraq göstərərdilər. Bu mənzərədən yararlanan bəziləri də situasiya xətrinə hər ilin sonunda gündəmə gəlmək istəyir. Konkret olaraq türkiyəli astroloqun dediklərinə gəlincə isə əvvəla, bildirim ki, öyrəndiyimə görə, o, astroloq deyil, psixoloq və kartla fala baxan birisidir. Çünki qardaş ölkədə fəaliyyət göstərən əsl astroloqların hamısı ilə ünsiyyətim var. 2018-ci il üçün verdiyi proqnozlara gəlincə isə o informasiyaların əksəriyyətində reallıq ehtimalı var. Adi məntiqlə yanaşsaq, Yaxın Şərqdə məğlub olan İŞİD təbii ki, səyyar fəaliyyət göstərəcək və Avropaya yayıldıqları üçün məhz həmin qitədə terror törədə bilərlər. Dünya müharibəsi təhlükəsi hər zaman olsa da, bu proqnozu bəri başdan təkzib edirəm. Maliyyə böhranının hansısa məşhur şirkətləri sıradan çıxarması proqnozu isə dəqiqlik ifadə etmir. Çünki böhran olanda onsuz da belə hallar olur. Əksinə, 2015-2017-ci illərlə müqayisədə gələn il dünya kifayət qədər yumşaq böhran yaşayacaq. Dünya iqtisadçılarının qənaətlərinə görə, vəziyyətin sabitləşməsi, neftin bahalaşması davam edəcək".
Astroloq türkiyəli görücünün bir fikrinin də xeyli gülməli olduğunu bildirdi: “Deyir ki, ölmüş bildiyimiz kiminsə ölmədiyini öyrənəcəyik. Əslində bu, proqnoz deyil, dedi-qodu səviyyəli primitiv bir fikirdir. Bəlkə də yığışıb söhbət edəndə kimsə deyib ki, məsələn, bin Laden ölməyib. Bu da dərhal ictimaiyyətə çatdırılıb, amma nə ad göstərib, nə də ki, fakt. Siyasətdən anlayışı olan hər kəs bilir ki, belə şeylərin üstü açılmır və açılması da mümkün deyil. Adolf Hitler, Mircəfər Bağırov, Cövhər Dudayev, hətta bizim vertolyot hadisəsində olanlardan bəziləri haqqında da zaman-zaman belə fikirlər səsləndirilib Ortada isə fakt yoxdur, olası da deyil. Türkiyəli görücü Dubaya işarə edərək orada ”11 sentyabr" kimi terror aktı olacağını deyib. Bu fikirləri də təkzib edirəm. Dubayın dünya gücləri üçün nə olduğunu anlamayanda belə proqnozlar özünə yer tutur. Ən qəribəsi odur ki, bu adamın bir dənə də olsun mütləq proqnozu yoxdur. Əvvəldə də dediyim kimi, bunun da səbəbi bəllidir".

musavat.com

Şərhlər

XƏBƏR LENTİ