SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tanınmış astroloqun 2017-ci üçün 25 PROQNOZU - Azərbaycanda nələr olacaq...

Tanınmış astroloqun 2017-ci üçün 25 PROQNOZU - Azərbaycanda nələr olacaq...

Tarix:

24-01-2017, 22:20

/ 2 336 dəfə oxundu.
Tanınmış astroloqun 2017-ci üçün 25 PROQNOZU - Azərbaycanda nələr olacaq...

2016-cı il bir çox problemlərlə yadda qaldı. Hər kəs 2017-ci ildə nə ilə qarşılacağını əvvəlcədən bilməyə maraq göstərir.Tanınmış astroloq Səbuhi Rəhimli 2017-ci üçün gözlənilən 25 proqnozu açıqlayıb:

1. Bu il kiçiklər böyüklərin içində əriyəcək – hər mənada. Prosesləri uzatmaq istəməyən güclər nəyin bahasına olursa-olsun bütün yarımçıq işləri tamamlamağa çalışacaqlar. Bu da öz-özlüyündə ağır fəsadlara yol açacaq. Baş verənləri qitələrarası gərginlik də hesab etmək olar.

2. Dünyada mövcud olan iqtisadi böhran ən yaxşı halda avqustun ortalarına qədər davam edəcək.

3. İŞİD terror təşkilatı darmadağın olsa da, müxtəlif ölkələrdə səyyar terrorları daha sərt şəkildə artıracaq.

4. Rusiya prezidenti Vladimir Putinin könüllü istefaya getməsi və ya hakimiyyətdən salınması baş verməyəcək.

5. Suriya prezidenti Bəşər Əsəd 2017-ci ildə də ölkəyə rəhbərlik edəcək.
6. Türkiyə ilə Suriyanın münasibətlərində müsbət dönüş yaranacaq.

7. Türkiyədə terror olayları fevraldan başlayaraq sürətlə zərərsizləşdirilməyə doğru gedəcək.

8. ABŞ prezidenti Donald Trampın hakimiyyətdən uzaqlaşdırılması və ya ona qarşı hər hansı sui-qəsd kimi hallar olmayacaq.

9. Dünyanın 30-a yaxın ölkəsində üsyanlar, siyasi-ictimai xadimlərə qarşı ölümlə nəticələnən sui-qəsdlər, dövlət çevrilişləri, hakimiyyət dəyişiklikləri baş verəcək.

10. 2017-ci ildə təyyarə qəzaları və dəhşətli təbii fəlakətlər (xüsusən də zəlzələlər) rekord həddə çatacaq.
11. Rusiya ilə yanaşı Kanada, İtaliya, Danimarka, Hindistan, Balkanlar, Meksika və Baltikyanı ölkələrdə böyük hadisələr baş verəcək.

12. Yer altından çoxlu sayda və bəşəriyyətin az bildiyi qədim şəhərlər üzə çıxacaq.

13. 2017-ci ildə Azərbaycanda hər hansı seçki keçirilməyəcək.

14. Qarabağda hər hansı döyüş əməliyyatları keçirilməyəcək, savaş ərazi müstəvisindən diplomatik və siyasi müstəviyə keçəcək.

15. Azərbaycanda hakim komandanın vəziyyəti heç də ürəkaçan olmayacaq, xüsusən də ilin ilk üç ayında. Maliyyənin azalması, ixtisarlar və digər hallar onların bəzisinin sıradan çıxmasına səbəb olacaq.
16. Fevral ayından etibarən hakimiyyət qismən də olsa islahatlara gedəcək, hətta müstəqil qurumlarla, müxalifətlə müəyyən məsələlərdə bir araya da gələcək.

17. Bu il xırda və orta səviyyəli məmurların istefalarını, “ixtisarlarını” çox görəcəyik. Hətta təxminən 5 populyar məmur da vəzifəsini itirəcək.

18. Xəzərdəki platformalarda ölümlə nəticələnən qəzalar olmayacaq.

19. Ölkəmizdə ilin ikinci yarısından qismən iqtisadi sabitlik yaranacaq.

20. Azərbaycanın mart, may, iyun aylarında və sentyabrdan sonra hər cür təxribata qarşı tədbirli olması lazım gələcək.
21. Ötən ilin sonlarında açıqlamaları ilə mediaya çıxan Etibar Məmmədov siyasi arenada olmayacaq.

22. Martın ilk yarısına qədər REAL sədri İlqar Məmmədovun azadlığa çıxma şansı böyükdür, proses uzansa, sonrakı aylarda bu, baş tutmayacaq.

23. Keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa çıxması üçün yalnız oktyabr-noyabr arası şans yaranacaq.

24. İl ərzində hər hansı öldürücü virus və epidemiyalar olmayacaq..

25. İncəsənətimizin populyar xətlərində qəmli yarımçıqlıq baş verəcək.

Şərhlər

XƏBƏR LENTİ