XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Səməd İslamov Yasamalın köhnə başçısına rəhmət oxutdurur - FOTOLAR

Səməd İslamov Yasamalın köhnə başçısına rəhmət oxutdurur - FOTOLAR

Səməd İslamov Yasamalın köhnə başçısına rəhmət oxutdurur - FOTOLAR
13-12-2017, 10:37

“O binalar söküntü üçün İcra Hakimiyyətindən xəbərsiz hasara alınmışdı. Söküntü işlərini yerinə yetirəcək “Qismət-M Construction” şirkəti özbaşınalıq etmişdi. Biz xəbər tutan kimi hasarları aradan qaldırdıq”. İyulun 10-da Yasamal rayon icra başçısının səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirən birinci müavini Səməd İslamov mətbuata açıqlamasında belə deyir. ► Yasamal RİH və şirkətin yalanı Dekabrın 9-dur və Yasaamlın A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən 112 mənzildən ibarət bina artıq hasarlanıb, yerlə-yeksan olunub, yaşıllıqlar məhv edilib. 112 mənzilin sakinləri isə kirayə evlərə köçürülüb, onlara tikiləcək binadan mənzillər veriləcəyi vəd olunub. Ən dəhşətlisi budur ki, pilot layihə ilə bağlı müqavilənin 1-ci bəndində sakinləri narahat edən məqamlar var. Müqavilədə göstərilir ki, zəlzələ, tufan olarsa, fors-major hadisələr baş verərsə, yaxud inflyasiya olarsa şirkət heç bir məsuliyyət daşımır. Yəni, “Qismət-M Construction” MMC maliyyəsi bitdiyi deyəndə camaatı küçədə qoya bilər. Sakinlər ölkə rəhbərliyinə göndərdiyi müraciətdə qeyd ediblər ki, şirkət evləri sökülən sakinlərə yataqxana tipli mənzillər, satılacaq mərtəbələrin mənzillərinin sahiblərinə isə komfort şərait nəzərə tutub. Bu bina “İnşaatçılar” metrosunun lap yaxınlığında yerləşir. Hasarlanmış əraziyə texnika yeridilib. Nəticədə binanın yeri şumlanıb, həyətindəki ağaclar kəsilib. Amma şirkətin yaşıllıqlara qarşı cinayətinə göz yumulub. Sakinlərə isə vədlər verilib. Onlar isə adıçəkilən şirkəti də, sahibini də tanımırlar. Yasamal başçısının müavini isə verdiyi açıqlama ilə özünü çaşdırıb. Bu firmanın özbaşınalıq etdiyini söyləyib, faktiki isə söküntü işləri başa çatıb. ► Ağac qətli və sabiq başçının “qarantı” Sakinlər bildirirlər ki, ötən aylarda Ovçular Evinin ərazisindəki ağacları kəsib yerlə-yeksan etdikdən sonra həmin ərazidə tikinti aprmaqdan əli üzülən işbazlar, qəzalı binaları sökmək əvəzinə evlərimizə gözlərini dikiblər: “Çünki bu binalar həm metroya yaxındır, həm də yol kənarındadır. Onlar burda bizə yataqxana tipində evlər tikib, özlərinə əlavə gəlir yeri əldə etmək, mənzillərin kvadratın yüksək qiymətə satmaqla “qaz vurub, qazan doldurmaq istəyirlər. Sözügedən tikinti şirkəti ərazimizdəki dörd yüzə yaxın ağac və gül kollarını kəsib, yerində böyük yaşayış kompleksi, iaşə obyektləri tikəcək. Biz bu ağacları öz vəsaitimiz hesabına əkib-becərərək, uzun illərdir ki, qoruyub saxlamışıq”. Sakinlər deyirlər ki, bu işlərin arxasında Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyevin dayanır: “İbrahim Mehdiyev ərazidə qəzalı vəziyyətdə olan 1 ,2, 4 və 5 mərtəbəli binaları sökmək əvəzinə, biz sakinlərlə razılaşma əldə etmədən, şəxsi mülkiyyətimizdə olan evlərimizin sökülməsilə bağlı 22 iyun 2017-ci il tarixdə 195 saylı Sərəncam imzalayıb. Bizdən əvvəl 2015-ci ilin dekabr və 2016-cı ilin sentyabr aylarında İbrahim Mehdiyevin birbaşa rəhbərliyilə Yasamal rayonunun başqa ərazilərində də eyni ilə söküntü işləri aparılıb, sakinlər məcburi köçürülərək kirayə evlərdə yerləşdiriliblər. Lakin həmin yaşayış kompleksində tikinti işləri ləng getdiyindən, sakinlər hələ də şəraitsiz kirayə evlərdə əziyyət çəkirlər. Halbuki, İbrahim Mehdiyev sakinlərlə görüşündə bildirmişdi ki, “mən sizə söz verirəm ki, hər birinizə 20 kv artıq veriləcək və hər şey sizin istədiyiniz kimi olacaq. Mən sizə QARANT DURURAM”. Lakin məlum olduğu kimi, İ.Mehdiyev bizə sərəncamı imzalayandan bir neçə gün sonra tutduğu vəzifəsindən kənarlaşdırıldı”. Onu da deyək ki, həmin şirkətin deputat Əsabil Qasımova aid olduğu söylənsə də, özü açıqlamasında yalanlayıb. Amma “od olmayan yerdən tüstü çıxmaz” və 125 deputat içərisində məhz Ə.Qasımovun adının keçməsi təsadüfi ola bilməz. Səməd İslamov Yasamalın köhnə başçısına rəhmət oxutdurur - FOTOLAR Səməd İslamov Yasamalın köhnə başçısına rəhmət oxutdurur - FOTOLAR Səməd İslamov Yasamalın köhnə başçısına rəhmət oxutdurur - FOTOLAR Səməd İslamov Yasamalın köhnə başçısına rəhmət oxutdurur - FOTOLAR Səməd İslamov Yasamalın köhnə başçısına rəhmət oxutdurur - FOTOLAR Səməd İslamov Yasamalın köhnə başçısına rəhmət oxutdurur - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.