Yasamal RİH ölkə qanunlarını və beynəlxalq hüququ pozur
Fevralın 28-də Yasamal rayonu Abdulla Şair küçəsi, döngə 15, ev 18 ünvanında yaşayan Elçin Rəhimov adlı vətəndaş müraciət etdi.
“Mənə və ailəmə üç ev və bir mağaza məxsusdur. Biz evlərimizi və mağazanı tərk etmək istəmirdik. Amma FHN nümayəndələri evlərimizin qəza vəziyyətində olduğunu dedilər. Yasamal rayon icra başçısının müavini Səməd İslamov da FHN-in rəyini təsdiqlədi”, – deyə E.Rəhimov bildirdi.
O, həmçinin kompensasiyanın məbləğiylə narazılığını bildirdi.
“Dövlət tərəfindən müəyyən olunan kompensasiya hər kavdrat metrə 1500 manatdır. Amma bizə dedilər ki, ancaq qonaq və yataq otaqlarıına kompensasiya veriləcək”, – deyə E.Rəhimov qeyd etdi.
Yasamal RİH başçısının müavini Səməd İslamov isə bildirdi: “Bəzi sakinlərə az kompensasiya ödənilməsi barədə məlumat həqiqətə uyğun deyil. Onlar da başqaları kimi, eyni kompensasiya alacaqlar”.
Onun sözlərinə görə, Abbdulla Şaiq küçəsindəki evlər həqiqətən də qəza vəziyyətindədir.
“FHN TTNDA-nın Elmi-Tədqiqat İnstitutu və rayon icra hakimiyyəti Abdulla Şaiq küçəsindəki evlərə baxış keçirib və onların qəza vəziyyətində olduğunu müəyyən edib. Biz bütün kommunikasiya xətlərini kəsməyi tələb etmişik”, – deyə S.İslamov qeyd etdi.
S.İslamovun sözlərinəə görə, sakinlər kompensasiya məbləğiylə razılaşana qədər, onlar müvəqqəti mənzillərə köçürüləcəklər.
“Bu məsələ həllini hüquqi müstəvidə tapacaq. Bu, onların haqqıdır. Kompensasiya barədə razılıq əldə olunana və alqı-satqı müqaviləsi bağlanana qədər, sakinlər müvəqqəti mənzillərlə təmin olunacaq. Biz onlara müvəqqəti mənzillər tapmışıq, orda şərait əvvəlki evlərindən daha yaxşıdır”, – deyə S.İslamov əlavə etdi.
“Belə bir qərar RİH nümayəndələrinin qanunlarla bağlı təsəvvüründən xəbər verir. İnsanları öz evlərindən çıxmağa, mülkiyyət hüquqlarından zorla imtina etməyə məcbur etmək nə ölkə qanunlarıyla, nə də beynəlxalq hüquqla düz gəlmir”, – deyə vəkil Fuad Ağayev bildirdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...