SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mesajla boşanmaq olar? - Hacı Şahin fətvaya qarşı çıxdı

Mesajla boşanmaq olar? - Hacı Şahin fətvaya qarşı çıxdı

Tarix:

8-12-2017, 11:06

/ 1 827 dəfə oxundu.
Mesajla boşanmaq olar? - Hacı Şahin fətvaya qarşı çıxdı

Xəbər verdiyimiz kimi, Türkiyə Dəyanət Vəqfi Dini İşlər İdarəsi kişi ilə qadın arasında dini nikahın telefon, məktub, mesaj və internetlə pozula biləcəyi barədə fətva verib.

Bildirilib ki, belə boşanma üz-üzə boşanma kimi etibarlıdır. Qadın məktubu oxuduğu andan dini nikah pozulur.

Bəs bu cür hallar ölkəmizdə də mümkündürmü?

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı alim Hacı Şahin AzVision.az-a bildirib ki, dini nikahın pozulması dinimizdə müəyyən qaydalarla tənzimlənir.

“Boşanmaq üçün talağ oxunmalıdır. Tərəflərin hər ikisi din xadiminə müraciət edir və boşanma haqqında talağ oxunur. Bundan sonra onlar ayrılmış sayılırlar. Boşanmaq məsələsini yüngülləşdirmək yaxşı bir şey deyil. Dini-nöqteyi nəzərdən boşanma bəyənilməyən əməldir. Boşanmaya evlənməkdən daha ağır şərtlər qoyulur. İnsanlar nikahın pozulmasına yüngül hal kimi baxmasınlar”.

Hacı Şahin hesab edir ki, ailələrin hər hansı məktub, mesajla boşanması düzgün deyil.

Şərhlər

XƏBƏR LENTİ