XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Əflatun Amaşovdan yeni qanuna təklif

Əflatun Amaşovdan yeni qanuna təklif

Əflatun Amaşovdan yeni qanuna təklif
1-12-2017, 16:10

"Qadağan edilən informasiya yayan saytlara giriş məhdudlaşdırılmalıdır, ancaq..."

"Müsbət haldır ki, indi müzakirə etdiyimiz layihələr internet məkanımızın tənzimlənməsi ilə bağlıdır. Söhbət məsuliyyət kateqoriyalarının konkretləşməsindən gedir. Buna görə düşünürəm ki, istər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, istərsə də «Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmiyyətlidir".

Bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əfatun Amaşov Milli Məclisin bu gün keçirilən icasında deyib.

Onun sözlərinə görə, hər iki sənədə təklif edilən dəyişikliklər «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında», o cümlədən «Telekommunikasiya haqqında» Qanunların tətbiqi ilə əlaqədardır:

"Mən xüsusən də «Kütləvi informasiya vasitələri haqqında» qanuna 19-1-ci maddənin əlavə edilməsini yüksək qiymətləndirirəm.

Bildiyiniz kimi, maddə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasını nəzərdə tutur.

Burada müxtəlif aspektlərdən danışmaq mümkündür. Əsasən bir məqam üzərində dayanacam. Əlbəttə, yayılması qanunla qadağan edilən informasiya yayan saytlara giriş məhdudlaşdırılmalıdır. Ancaq məncə, bu məhdudlaşdırma fəaliyyəti tamamilə dayandırmaq şəklində anlaşılmamalıdır. Yəni elə başa düşülməməlidir ki, hansısa sayta giriş məhdudlaşdırılırsa, bununla da fəaliyyəti dayanır.

Hesab edirəm ki, qanunda müddət məsələsi də açıq əksini tapmalıdır. Məsələn, 3 ya 6 aylıq, yaxud 1 illik müddətlər. Daha çox da ola bilər. Müddətlər törədilmiş əmələ adekvat seçilməlidir".

Deputatın sözlərinə görə, dünyada da belə bir praktikadan istifadə edilir: "Məsələn, Böyük Britaniyada media sahəsindəki şikayətləri araşdıran komissiya var. Həmin komissiya ayrı-ayrı internet informasiya ehtiyatlarının fəaliyyətinin məhdudlaşdırılmasına dair rəy çıxarır və konkret olaraq müddət müəyyənləşdirir. Belə prosedur eyni zamanda tərbiyəvi əhəmiyyət daşıyır. Hesab edirəm ki, biz də qanunun prinsipial əhəmiyyət daşıyan humanist mahiyyətinə söykənərək bunu tətbiq etsək, yaxşı olar".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.