XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakıda yol polisi işləmək istəyənlərə daha bir - MÜRACİƏT

Bakıda yol polisi işləmək istəyənlərə daha bir - MÜRACİƏT

Bakıda yol polisi işləmək istəyənlərə daha bir - MÜRACİƏT
26-11-2017, 12:55

Yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santimetr...
Bakıda yol polisi işləmək istəyənlərə daha bir - MÜRACİƏTYol polisi25 Noyabr 2017 23:482343 dəfə oxunubBakıda yol polisi işləmək istəyənlərə daha bir - MÜRACİƏTYaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santimetr...
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Bu barədə Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Bildirib ki, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi-hərbi xidməti tam başa vurmuş, özü və yaxın qohumu məhkum olunmamış, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.
Həmçinin müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin dekabr ayının 10-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BPİ-nin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqında sənədin əsli
- Hərbi bilet (kişilər üçün)
- əmək kitabçası (olanlar üçün)
- sürücülük vəsiqəsi
- kompyuterdə işləmək bacarığını təsdiq edən sənəd (sertifikat və s.)
Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590 21 65, (012) 590 21 66

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.