XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Natiq Əliyevin məzarı ziyarət edildi - Fotolar

Natiq Əliyevin məzarı ziyarət edildi - Fotolar

Natiq Əliyevin məzarı ziyarət edildi - Fotolar
23-11-2017, 16:11

SOCAR-da Azərbaycanın mərhum energetika Natiq Əliyevin xatirəsi anılıb.

Əvvəlcə SOCAR-ın, Energetika Nazirliyinin və müxtəlif dövlət qurumlarının rəhbərliyi II Fəxri xiyabana gələrək ictimai-siyasi xadim, mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyaraq onun xatirəsini dərin ehtiramla yad edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 illik yubileyidir. SOCAR-ın prezidenti Natiq Əliyevin Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olduğunu deyib.

Qeyd edib ki, Natiq Əliyevin adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır: "O bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı".

Sonra tədbir iştirakçıları "CBC" kanalında mərhum energerika naziri Natiq Əliyevə həsr edilən sənədli filmi canlı izləyiblər.

Xatırladaq ki, Natiq Əliyev bu il iyunun 9-da vəfat edib.
Natiq Əliyevin məzarı ziyarət edildi - Fotolar
Natiq Əliyevin məzarı ziyarət edildi - Fotolar
Natiq Əliyevin məzarı ziyarət edildi - Fotolar
Natiq Əliyevin məzarı ziyarət edildi - Fotolar

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.