XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mübariz Mənsimov dövlətə yarım milyard “atıb” - İDDİA

Mübariz Mənsimov dövlətə yarım milyard “atıb” - İDDİA

Mübariz Mənsimov dövlətə yarım milyard “atıb” - İDDİA
22-11-2017, 16:23

Rusiya KİV-lərində son vaxtlar Azərbaycan əsilli türkiyəli iş adamı Mübariz Mənsimovun adı tez-tez çəkilir. Təəssüf ki, məlumat sevindirici deyil – azərbaycanlı milyarderin işləri, göründüyü kimi, daşa dirənib. Qaya kimi. Halbuki, “Palmali” şirkətlər qrupunun başına gələnlərdə Mənsimov özünü günahlandırmalıdır – o da “kredit oliqarxları”nın yolunu gedərək, özünü və şirkətlərini həm Türkiyədə, həm də Rusiyada gülünc vəziyyətə qoyub.

M.Mənsimov tam müflisləşib. Bundan əlavə, müflisləşərək, Mənsimov dövlətlərə, iri şirkətlərə və öz tərəfdaşlarına “atmağa” başlayıb. Lakin bu barədə bir az sonra.

Dünən isə Rusiya FTX-nin İqtisadi Təhlükəsizlik Xidməti (İTX) Mənsimova məxsus olan Türkiyənin “Palmali” gəmiçilik şirkətlər qrupu barəsində yoxlamaya başlayıb. Öz ənənələrinə sadiq qalaraq, virtualaz.org oxuculara ən maraqlı, o cümlədən xaricdə yaşayan həmvətənlərimizlə bağlı maraqlı xəbərləri çatdırır, günün aktual problemlərindən yazır. Əlbəttə ki, ilkin mənbəyə istinadla. Mənsimov da istisna deyil.

Lakin məlum olub ki, heç də oxucuların hamısı, o cümlədən Mübariz Mənsimovun özü bizim gündəlik jurnalist fəaliyyətimizə düzgün qiymət verməyi bacarmır. Bu zaman biz heç bir minnətdarlıq gözləmirik, sadəcə olaraq, borcumuzu yerinə yetiririk – məlumatı oxucuya çatdırırıq. Mənsimov hələ sevinməlidir ki, Azərbaycanda onunla maraqlanırlar, o isə başqa yol seçib – görünür, istintaq vaxtı yığılmış bütün qəzəbini heç bir günahı olmayan virtualaz.org-un üstünə töküb.

Dünən özünün “Facebook” səhifəsində bu cür bir qeyd edib: “Mən sadəcə olaraq sizə və sizin yalan ittihamlarınıza gülürəm. Allaha şükür ki, Rusiyada qanun və ədalət var. Cənablar, özünüzü y6ormayın, sizə söz verirəm ki, sizdə heç nə alınmayacaq. Mən bilirəm ki. bu ucuz sifarişin arxasında kim dayanır”. Bundan sonra həmin sətirlərin müəllifi nəyə görəsə türk dilində yazmağa başlayır, lakin bu da bayaq qeyd etdiyimiz yazıdan fərqlənmir: «gülüp geçiyorum sizin yalanlardan boşuna uğraşmayın başaramazsınız Rusya Ganun devletidi sizin bu çirkin siparişlerin arkasında duranları biliyorum zavallı hırsızlar».

Ümumilikdə kriminal xarakter daşıyan yazının sonunda “oğru” sözü diqqəti cəlb edir. Bu sözün Mənsimovun uydurduğu informasiya müharibəsinə hansı aidiyyatının olduğunu anlamaq çətindir. Hər halda, biz onun heç nəyini oğurlamamışıq, ən azı ona görə ki, onun harada olduğunu da bilmirik. Həm də milyarder yəqin ki, ondan oğurlana biləcək hər şeyi etibarlı şəkildə mühafizə edir. Biz isə məlumatla işləyirik, onu hiddətləndirən məlumatı isə oğurlamamışıq, “Russia Today” kimi mənbəyi göstərərək dərc etmişik. Kiminsə etirazı varsa, ünvan məlumdur - müraciət etsin.

Lakin bu gün Rusiya KİV-ləri ilə münaqişəyə girmək Mənsimov üçün təhlükəlidir, onlar onsuz da onu soyuq su altında tutublar – oğurluqda və vergidən yayınmada ittiham edirlər. Özü də həmin KİV-lərin sayı xeyli çoxdur və bu da onu göstərir ki, irəli sürülən ittihamlar ciddidir. Onlara görə, “Palmali” şirkəti 1 milyard rubla yaxın vergini ödəməyib. Bundan savayı, şirkət xaricə vəsaitlərin çıxarılmasında iştirak edib. Bundan öncə Mübariz Mənsimovun yaxın adamı hesab edilən, Türkiyənin “Palmali” gəmiçilik şirkətinin Rostov bölməsinin direktoru Aleksey Mixelev barəsində inayət işi başlanmışdı. İstintaqın məlumatına əsasən, o, su nəqliyyatı ilə malların daşınmasından əldə olunan gəlir barədə yalan və aşağı endirilmiş məlumatlar göstərib. Bu səbəbdən şirkət qanunla nəzərdə tutulan vaxtda 2010-cu ildə büdcəyə 881 milyon rubl həcmində gəlir vergisini ödəməyib, 2011-ci ildə isə bu rəqəm 401 milyon rubldan çox olub.

Lakin istintaqın sübuta yertirdiyi bu faktlar belə bizə əsas vermir ki. Mənsimovun axmaq oğru olduğunu iddia edək. Mənsimovun nəzərinə çatdırırıq ki, cinayətdə populistcəsinə ittiham, xüsusilə, əgər o sübuta yetirilməyibsə, qanunla cəzalandırılır. Şükür Allaha (hörmətli milyarder, bu söz böyük hərflə yazılır) ki, bizi nə oğurluqda, nə də hər hansı başqa cinayətdə heç kim ittiham edə bilməz, fəqət bunu “Palmali”nin rəhbəri barədə demək olmaz. Bizdə vergidən yayındıracaq milyardlar yoxdur. “Palmali”də isə bu üzdən artıq bəzi insanlar həbs edilib. Başqasını ağır cinayətdə ittiham etməkdənsə, özünə baxmaq daha yaxşıdır. Maraqlıdır, görəsən, türkün məsəli, Mübariz bəy özü bu cür təhqirə, onun xarakteri nəzərə alınarsa, necə reaksiya verərdi? Yəqin ki, məhkəməyə müraciət edərdi. Biz isə öz həmvətənimizi yeni iddialarla əziyyətə salmaq istəmirik – qoy öz günahsızlığını Rusiyanın istintaq orqanlarına sübut eləsin. Onun sözlərinə görə, orada “qanun işləyir, ədalət var”.

Bu da sadə azərbaycanlının mahiyyətini çətin anlayacağı milyarderin daha bir uydurması. Bu o deməkdir ki, yalnız Rusiyada “qanun işləyir, ədalət var”, yoxsa başqa nəyəsə eyhamdır? Rusiya qanunlarının ədalətinə iz də şübhə etmirik, amma milyarder bunu niyə yazılı şəkildə vurğulayır? Bizcə, eyham məlumdur – o, hələ bu qanun qarşısında cavab verəcək və gəmin qanun barəsində nəsə demək indi onun üçün təhlükəlidir. Bəlkə o, Azərbaycan qanunlarına eyham vurur? Bəli, bu adam bizim ölkəyə bərk qəzəblidir. 10-15 il əvvəl onun Azərbaycan bazarına çıxmaq cəhdlərini xatırlayırıq. Lakin burda onu çox tez başa düşdülər.

Xəzər Dəniz Gəmiçiliyinin keçmiş başçısı Aydın Bəşirov “Palmali” ilə bağlı olan bütün gəmiləri Bakı limanına buraxmaqdan imtina etdi. Düzdür. Sonradan Mənsimovu yerli bazara buraxdılar, amma çox heyfsiləndilər. Yoxlanmamış məlumata görə, Mənsimov Azərbaycan dövlətinə yarım milyard dollar “atıb”!

Onun “Xəzər-Lənkəran” futbol klubu dağıldı, sonuncu biznes dayağı kimi qalmış “Pal-Süd” barədə də həmin söz-söhbət gəzir – tam müflisdir. Bu milyarderin Bakının “milyonerlər prospekti”ndəki 4 mərtəbəli imarəti isə neçə ildir ki boşdur. Özü də işlətmir, başqalarına da imkan vermir, imarətdir də, qalıb, vəssalam. Mənsimov Türkiyədə də bütün mülkiyyətini itirib – “Mandarin” borca gedib, İstanbulun mərkəzindəki oteli əlindən alıblar, türkiyəli kreditorlar “Palmali”nin mənzil-qərargahına hücum edir. Mənsimov xırda fırıldaqçı səviyyəsinə qədər düşüb – kreditorları özünün ödəmə qabiliyyətinə inandırmaq üçün o bəzən Türkiyə rəhbərliyi ilə telefon danışıqlarını belə imitasiya edir.

Bu da onu Azərbaycan və Türkiyə ilə bağlayan maddi dəyərlər. Amma yox. Daha bir fakt yada düşür: virtualaz.org əvvəllər yazmışdı ki, Mənsimovun təyyarə ilə bağlı sövdələşməyə görə digər azərbaycanlı sahibkar Hafiz Məmmədova (Hafkaya) 10 milyon dollara yaxın borcu var. Üstündən bir neçə il keçib, Məmmədovun işləri də tənəzzülə gedib. O da Mənsimova xəbər yollayıb ki, borcun bir hissəsi qaytarılsa, heç də pis olmaz. Xəbər cavabsız qalıb və bu, onun nə vaxtsa “qapısını döyəcəyinə” söz vermiş Hafkanı özündən çıxarıb. Lakin məhkəmənin qərarı olmadan bu da bizə hüquq vermir ki, Mənsimovu oğurluqda, yaxud qarətdə ittiham edək.

Bəs on minlərlə oxucunun rəğbətini qazanmış haqqin.az və virtualaz.org-u ittiham etməyə bu adama rəvac verən nədir? Axı heç bir milyardlar bu cür hücumlar etməyə, ədalət hissini itirməyə səbəb vermir. Düzdür, bu cür fikirlər çətin ki, saytın imicinə zərbə vura bilsin.

Mənsimovun diqqətinə başqa azərbaycanlı milyarderin - =Telman İsmayılovun misalını çatdırmaq istəyirik ki, onu da Rusiyanın KİV-i və istintaq orqanları son vaxtlar çox ittiham edirlər. Bu məlumatları da Rusiya mənbələrindən götürərək dərc etmişik. Özü də İsmayılov barədə məlumatlar qat-qat çoxdur və hətta o qətl törətməkdə ittiham ediləndə özünün zirvə nöqtəsinə çatdı. Bu hal sahibkarı məcbur etdi ki, açıq bəyanatla çıxış etsin. Lakin oxusunun da anladığı kimi. Həmin bəyanatda saytımızın adı hallanmırdı, heç hallana da bilməzdi, çünki sayt yalnız məlumatları Rusiyadakı mənbələrdən oxucuya ötürürdü. Bəlkə Mənsimov da belə hərəkət edəydi?

Amma çətin. Onun gəmiçilik şirkəti sahibi olması barədə tarixçəni danışmaq istəmirik – bu, qaranlıq şəxsiyyətin üzərinə daha bir kölgə salmağı arzulamırıq. Lakin iri rusiyalı neft maqnatı, “LUKoil” şirkətinin sahibi Vahid Ələkbərovun onu biznes aləminə daxil etməsini bilməyən azdır. Məhz bu şirkətin neftinin daşınması sayəsində “Palmali” çiçəklənməyə başladı. Lakin bundan xəbəri olanlar “Palmali”nin “LUKoil” şirkətini məhkəməyə verməsi barədə xəbəri eşidən zaman çox təəccüblənmişdilər. Səbəb isə o idi ki, Ələkbərov öz neftinin daşınmasını Mənsimovun tankerlərinə etibar etmir. Mənsimov kimilərin anlayışında yaxşılıq cəzalandırılmalı keyfiyyətdir! Axı Vahid Ələkbərov Mənsimovla işbirliyindən hətta “Palmali” tankerlərinin terrorçu İŞİD-in neftini daşıması ilə bağlı xəbərlərdən sonra da kəsməmişdi. Qaçaqmalçı İŞİD neftinin “Palmali”nin tankerləri ilə gizli daşınması barədə az qala bütün Avropa və ABŞ mətbuatı yazırdı. Görəsən bu başabəla iş adamı bu dəfə nə edib ki, bu cür dostluğa sadiq və etibarlı iş tərəfdaşı olan Ələkbərov onun xidmətlərindən imtina edib? Aydın məsələdir ki, ziyalı Ələkbərov bu barədə danışmaz, Mənsimov isə bacardığını etdi.

Bəli, görünür, Mənsimovun halı lap pisdir. İnsan oturduğu budağı kəsirsə, ona yalnız yaxşılıq etmiş insanlara əsassız iddialarla hücum edirsə, KİV-i açıq-aşkar oğurluqda ittiham edirsə və bu zaman dövlətlərə olan borclarını unudursa, yüksək dəyərlərdən danışmaq yersizdir... Gözümüzün qatşısında daha bir sabun köpüyü partladı. Bir vaxtlar Azərbaycanda “Palmaliv” adlı bir şampun dəbdə idi! Bax, elə “Palmali”ni də “Palmaliv” kimi külək apardı...

Virtualaz.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.