XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun – Deputatdan qalmaqallı TƏKLİF

Xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun – Deputatdan qalmaqallı TƏKLİF

Xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun – Deputatdan qalmaqallı TƏKLİF
16-11-2017, 12:33

Milli Məclisin deputatı Aqil Abbas Rusiyada xarici ölkələrdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsini təklif edib.

Modern.az-ın məlumatına görə, Aqil Abbas Mədəniyyət komitəsinin iclasında bununla bağlı danışıb.

Deputat bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna görə, xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar.

“Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.