Xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun – Deputatdan qalmaqallı TƏKLİF

Xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun – Deputatdan qalmaqallı TƏKLİF Milli Məclisin deputatı Aqil Abbas Rusiyada xarici ölkələrdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsini təklif edib.

Modern.az-ın məlumatına görə, Aqil Abbas Mədəniyyət komitəsinin iclasında bununla bağlı danışıb.

Deputat bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna görə, xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar.

“Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var”.
Geri qayıt