XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Hacıbala Abutalıbova nə olub? - Rəsmi açıqlama

Hacıbala Abutalıbova nə olub? - Rəsmi açıqlama

Hacıbala Abutalıbova nə olub? - Rəsmi açıqlama
16-11-2017, 11:12

Ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb.

Bakı merinin müalicə üçün Almaniyaya aparıldığı vurğulanır.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün BŞİH-nin Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, KİV yalan informasiya yayıb: “Şükürlər olsun ki, Hacıbala müəllim yaxşıdır. Hər hansı xəstəliyi yoxdur. Hazırda da işinin başındadır. Allah hamımızı pis xəstəliklərdən uzaq eləsin”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.