SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Qoca” ilə birgə qaçan məhbusun VİDEOMÜRACİƏTİ - “İki övladım, xəstə anam və şikəst qardaşım var”

“Qoca” ilə birgə qaçan məhbusun VİDEOMÜRACİƏTİ - “İki övladım, xəstə anam və şikəst qardaşım var”

Tarix:

14-11-2017, 12:48

/ 31 660 dəfə oxundu.
“Qoca” ilə birgə qaçan məhbusun VİDEOMÜRACİƏTİ - “İki övladım, xəstə anam və şikəst qardaşım var”

Oktyabrın 23-də qatardan qaçan məhbus Əli Ağaminin yaxınları PrimeTime.Az saytına müraciət ediblər.
Onlar saytımıza ötən gün 19 il müddətinə azadlıqdan məhrum edilən məhbusun ölkə başçısı İlham Əliyevə videomüraciətini göndəriblər.
Saxlanılmamışdan bir müddət əvvəl çəkilən videolarda Ə.Ağami prezidentdən kömək istəyib və qanunlara güvənərək polisə təslim olacağını bildirib:
“Cənab prezident, mən 2 il öncə Rusiyadan Şirvan şəhərinə övladımın doğum günü üçün gəlmişəm. Həmin gün silahlı insidentdə şərlənərək həbs olunmuşam. Boynuma ölüm işi qoyublar. Bu işə düzgün baxılması üçün sizə müraciət edirəm. Həbsdən qaçmağıma səbəb odur ki, işimi düzgün aparsınlar. Mənim iki övladım, xəstə anam və şikəst qardaşım var. Onlara görə mənim məsələmə diqqət ayırmağınızı sizdən xahiş edirəm”.
Açıqlama verən Ağaminin anası Pərvin Hüseynova da prezidentdən yardım istəyib:
“Oğlumun işinə görə çox yerə getdim, çox yalvardım. Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov bizim evə gəldi. O biri oğlum özü gedib onu gətirdi ki, qardaşı təslim olmaq istəyir. Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərova oğlumu öz əlimlə təslim etmişəm. Təslim olanda da bildiridi ki, qaçmağına səbəb işinə düzgün baxılmasını istəməsidir. Mənim uşağım heç kimi öldürməyə-öldürməyə 19 illik həbs olunub. Bu nə deməkdir? 19 il bir igidin ömrüdür. Özüm xəstəyəm. Cənab prezident, demirəm ki, uşağım günahsızdır. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu iş ədalətlə yerinə yetirilsin. Niyə görə məni, övladlarımı, nəvələrimi düşmən içində qoyurlar? Heç kəsin şahidi yoxdur ki, Əli kimisə öldürüb”.
Məhbusun anası bildirib ki, apellyasiya şikayəti verəcəklər.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Əli Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Əli Ağamidir. Qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan, nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub. Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub.
Onu da qeyd edək ki, Ə.Ağami ilə birlikdə qaçan “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov noyabrın 2-də hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı öldürülüb. Etibar Məmmədovun həbsdən qaçmasına yardımda adı keçən müğənni Fədayə Laçın isə həbs olunub. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.




Şərhlər

XƏBƏR LENTİ