XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Qaçan məhkumlardan biri "Qoca"nın adamıdır

Qaçan məhkumlardan biri "Qoca"nın adamıdır

Qaçan məhkumlardan biri "Qoca"nın adamıdır
23-10-2017, 10:48

Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kriminal aləmə yaxın şəxsdir.

"Məlumata görə, o və qardaşı Zaur Ağami "Masallı Mamed”lə "Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.

Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən "razborka”dan sonra saxlanılıb. Həmin görüşdə "Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də "Abdulla” kimi tanınır. Bir pasportda o "Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə "Hüseynov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.

Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.

Həmin hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.
Qaçan məhkumlardan biri "Qoca"nın adamıdır
Qaçan məhkumlardan biri "Qoca"nın adamıdır

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.