SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıt icra başçısını müavinləri aldadır- İDDİA

Sumqayıt icra başçısını müavinləri aldadır- İDDİA

Tarix:

23-10-2017, 13:20

/ 63 872 dəfə oxundu.
Sumqayıt icra başçısını müavinləri aldadır- İDDİA

Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov barəsində ölkə mətbuatında çoxsaylı tənqidi yazılara rast gəlmək olar.Həmin yazılarda icra başçısı dövlət tərəfindən Sumqayıt şəhərinə ayrılan pulları mənimsəməkdə ittiham olunur. Ələlxüsusus İcra başçısının Sumqayıt şəhəri ərazisində inşa etdirdiyi dənizkənarı Bulvarda işləyən fəhlələrin aylardan bəri qalan maaşlarının, sahibkarlardan nisyə götürülən küllü miqdarda inşaat materiallarının pullarının verilməməsi, dövlət tərəfindən ayrılan yüksək məbləğdə pulların mənimsənilməsi faktları barədə müxtəlif saytlarda son zamanlar çox yazılıb.
Xatırladaq ki,mətbuatda gedən yazılarda bildirilir ki,bulvarın tikintisində iştirak edən sahibkarlara keçən il icra hakimiyyətindən söz verilib ki, Prezident açılışa gələndən sonra bütün pullar qəpiyinədək ödəniləcək. Hətta keçən il sentyabr ayının 27-də Prezident bulvarın əsaslı təmiri üçün Zakir Fərəcovu medalla təltif edib. Açılışdan sonra pullarını tələb edən iş adamlarına və işçilərə deyilib ki, pullar iş adamı, “Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevə verib. Sonra isə icra başçısı Müqayis Verdiyevı həbs etdirib.
Məsələ ilə bağlı redaksiyasına maraqlı məlumatlar daxil olub. Belə ki, Sumqayıt Bulvarında işləmiş və pulunu ala bilməyən bir neçə fəhlənin verdiyi həmin məlumatlarda bildirilir ki, İcra başçısı Müqayis Verdiyevi həbs etdirdikdən sonra fəhlələrin əmək haqlarını ödənilməsi üçün 1 200 000 (bir milyon iki yüz min) manat pulu köməkçiləri, Zakir Fərəcovun özü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə gətirdiyi Abşeron Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olmuş Adil Xudadatova və Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimova verib.
Qeyd edək ki, daxil olan məlumatlara görə Abşeron rayonunda, xüsusən də Xırdalan şəhərində son dövrlərdə ucaldılmış binaların əksəriyyəti Adil Xudadatov un "xeyir-duası" ilə gerçəkləşib. Hazırda isə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdiri olan Həsən Həsənlinin işini o aparır.
Məlumatda bildirilir ki, rəsmən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışsa da, şəhərdə bütün tikinti işlərinə Adil Xudadatov nəzarət edir.
Mənbənin redaksiyamıza verdiyi məlumata görə pullar fəhlələrin əməkhaqlarının ödənilməsi üçün nəzərdə tutulsa da ünvana çatmayıb. Pulun çəmi 100 000 ( yüz min )manatı işçilərə paylanılıb, qalan hissəsini isə Adil Xudadatov və Faiq Kərimov mənimsəyib.
Adil həmin yeyinti sayəsində ümumilikdə 9 ev alıb .
Qalan məbləği isə dediyimiz kimi müavini Faiq Kərimov götürüb.
Deyilənə görə bu məlumatdan xəbər tutan ,gördükləri işin müqabilində pulları verilməyən iş adamları “Fəhlələrə borc 300 000 olduğu halda necə olur ki, icra başçısı köməkçilərinə 1 200 000 (bir milyon iki yüz min manat) pul verib?!”,-deyə təəcüblərini gizlətməyiblər.
Mənbənin dedyinə görə ilk gündən Zakir Fərəcovu öz adamları aldadıb. Bu səbəbdən iş adamlarının Sumqayıt İcra başçısı ilə görüşmələri üçün müavinləri mümkün qədər imkan vermirlər,buna elə də şərait yaratmırlar.
Əgər keşmişə də nəzər salsaq məlum olar ki, Adil Xudadatovun Zakir Fərəcovu aldatması ilk hal deyil.Belə ki,deyilənə görə Adil Xudadatov Abşeron Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olan zaman da Abşeronda icra başçısı olan Zakir Fərəcovu aldadaraq 3 milyon manat pulunu almışdır və nəticədə aralarında mübahisə yaranmışdır.
Adil Xudadatov sonra pulu hissə -hissə geri qaytarmışdır. Sumqayıt Bulvarı keçən il sentyabrın 29-da təhvil verilməsinə baxmayaraq hələ də fəhlə və iş adamları halal pullarını ala bilməyib. 1 ildən artıqdır ki, onlar müxtəlif instansiyalara, Prezident Aparatına belə şikayətə getsələr də onların səsinə səs verən yoxdur.
Bildirilir ki, iş adamları ilə görüş zamanı Faiq Kərimov və Adil Xudadatov icra başçısının adından istifadə edərək iş adamlarından pul yığırmış ,pulları olmadıqda isə sahibkarlardan istifadə edərək şəxsi evlərini təmir etdirirmiş. Məlumata görə təkcə 11 iş adamından 500 000 manat pul alınıb.
Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

TİA.AZ

Şərhlər

XƏBƏR LENTİ