SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zakir Fərəcov tikintiyə ayrılmış 3 milyon manatı necə mənimsəyib? - TƏFƏRRÜATLAR

Zakir Fərəcov tikintiyə ayrılmış 3 milyon manatı necə mənimsəyib? - TƏFƏRRÜATLAR

Tarix:

10-02-2017, 11:59

/ 1 614 dəfə oxundu.
Zakir Fərəcov tikintiyə ayrılmış 3 milyon manatı necə mənimsəyib? - TƏFƏRRÜATLAR

18 sahibkar və 350-ə yaxın fəhlə sözügedən işlərdə zəhmət çəkmələrinə baxmayaraq, pullarını ala bilmirlər

Sumqayıt şəhərində aparılan quruculuq, abadlıq işlərinin iş adamı Müqayis Verdiyevə həvalə edilməsi Zakir Fərəcovu bir neçə nazirlə üz-üzə qoymuşdu.
Belə ki, Sumqayıt icra başçısı Zakir Fərəcov şəhərin abadlaşdırılması, quruculuq işlərinin aparılması üçün yerli iş adamlarından yüksək məbləğdə vəsaitlər yığaraq "böyük işlər" görməyə başlamışdı. Ancaq şəhərin tikinti işlərində aparıcı şəxslərdən biri də iş adamı Müqayis Verdiyev idi ki, onun Sumqayıt kimi böyük şəhərdə bu işləri görməsi və mövqe qazanması isə bəzi qaranlıq məqamlardan xəbər verirdi.
Qeyd edək ki, Müqayis Verdiyevin daha əvvələr Goranboy və İmişli rayon icra hakimiyyətləri ilə ciddi problemləri ortaya çıxmış və bu problemlər üzündən də həbs olunmuşdu.

Məlum olduğu kimi, prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9,0 (doqquz) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon (altı milyon beş yüz min) manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılması ilə bağlı sərəncam vermişdi.

Bir müddət sonra sözügedən abadlaşdırma işləri dayandırıldı və bu işlərdə əməyi keçən fəhlələr etiraza başladı. Onların etirazının əsas səbəbi isə, aylarla əziyyət çəkmələrinə baxmayaraq, öz əmək haqlarını ala bilməmələri idi.
Bu gün redaksiyamıza daxil olan məlumat ölkə mətbuatında rezonans yaradacaq. Aldığımız məlumata görə, Sumqayıtda Dənizkənarı Bulvarın tikintisinə və digər abadlıq-quruculuq işlərinə ayrılmış 3 milyon manat Zakir Fərəcov tərəfindən mənimsənilib.
18 sahibkar və 350-ə yaxın fəhlə sözügedən işlərdə zəhmət çəkmələrinə baxmayaraq, pullarını ala bilmirlər.
Fəhlələrə etiraz günlərində Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynov demişdi ki, onların maaşı icra hakimiyyəti tərəfindən ödəniləcək. Ancaq bu məsələnin üstündən 5 ay keçib və fəhlələr deyirlər ki, bir qəpik də pul almamışıq.

Şikayətçilər BTV əməkdaşlarına müsahibə verib. Bir azdan həmin videoreportajı (BTV.az) dan izləyə biləcəksiniz.

Yazılanlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ