SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şəmkir sakininin sualına Vergilər Naziri cavab tapa bilmədi

Şəmkir sakininin sualına Vergilər Naziri cavab tapa bilmədi

Tarix:

19-10-2017, 11:28

/ 63 309 dəfə oxundu.
Şəmkir sakininin sualına Vergilər Naziri cavab tapa bilmədi

Şəmkir rayon sakini Musa Səfərov redaksiyamıza elektron qaydada müraciət edərək, Vergilər Nazirliyinə sualla başlayan müraciət ünvanlasa da, Vergilər Nazirliyi onun sualını və müraciətini araşdırmaqdan imtina etdiyini bildirmişdir.

“Hörmətli Vergilər Naziri Fazil müəllim! Əvvəlcə mən Sizə bir sualla müraciət edirəm! Sizin rəhbərliyiniz altında işləyən məmurlar artıq bu qədərmi özbaşına olublar? İndi isə şikayətimin məzmununa keçirəm.
Bu yaxınlarda mənə məktub gəldi ki, güya mən Bakı tərəflərdə hardasa sex işlətmişəm və 16 nəfəri işə cəlb edib əmək müqaviləsi bağlamamışam. Sizi inandırım ki, mən heç o obyektin üzünü belə görməmişəm. Həmin adamlar heç məni tanımır. Mən heç bir sahibkarlıq fəaliyyəti göstərmirəm. Akt tərtib ediblər ki, güya mənimlə telefon əlaqəsi saxlayıblar. Aktda qeyd etdikləri nömrə mənə məxsus deyil. Onlar kiminlə danışıb necə danışıb bilmirəm? Mənim adımdan obyekt götürüb işlətməyi isə ümumiyyətlə heç kimə həvalə edib etibar da etməmişəm. Belə olan halda kimsə mənim adımdan istifadə edə bilməz. Kim olur olsun. Əgər mənim adımdan istifadə edirsə onda mənim etibarnaməm olmalıdır.
Kimdir həmin şəxs bəlkə vergi orqanı bilir mənim xəbərim yoxdur kimə etibar etmişəm. Çünki həmin şəxslər vergi işçisi yox FALABAXAN olublar. Bu falabaxanlar Vergi Cinayətlərinin İbtidai Araşdırmalması Departamentinin əməkdaşlarıdır. Mən Sizin haqınızda çox eşitmişəm. Rayonumuzda abadlıq işlərində Sizin danılmaz əməyiniz var. Mən ona gör bu biabırçılığı ilk öncə Sizə bildirirəm. Sizdən müsbət cavab gəlməyəcəyi təqdirdə mən mətbuat vasitəsilə ölkə prezidentinə müraciət edəcəm.
Müraciətlə bağlı Musa Səfərovun özü ilə əlaqə saxlamaq mümkün olmasa da vəkili Əziz Qənbərovla əlaqə saxlaya bildik. Vəkil də M.Səfərovun dediklərini təstiq edərək Vergilər Nazirliyi tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin müraciətini araşdırmadıqlarını bildirdi. Vəkil əlavə olaraq qeyd etdi ki, Vergilər Nazirliyinin bu hərəkətsizliyi Vergi Məcəlləsinin 63-cü maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddənin tələblərinə əsasən Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir.

Azadliq.info

Şərhlər

XƏBƏR LENTİ