SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə sakini Vergilər Naziri Mikayıl Cabbarova MÜRACİƏT ETDİ

Bərdə sakini Vergilər Naziri Mikayıl Cabbarova MÜRACİƏT ETDİ

Tarix:

2-11-2018, 12:12

/ 787 dəfə oxundu.
Bərdə sakini Vergilər Naziri Mikayıl Cabbarova MÜRACİƏT ETDİ

Elektron ünvanımıza Bərdə rayonunun Gərənə kənd sakini Şəmilzadə Nicat Şahin oglu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaş sayt vasitəsi ilə birbaşa Vergilər Naziri Mikayıl Cabbarova üzləşdiyi haqsızlıqlarala bağlı müraciət edir. Həmən müraciəti olduğu kimi ixtiyarınıza veririk:

Hörmətli cənab Nazir!

Mən Bərdə rayonunun Gərənə kənd sakini Şəmilzadə Nicat Şahin oglu 2018 ci ilin sentyabr ayında 11 saylı Ərazi Vergilər İdarəsinin Operativ Nəzarət Şöbəsinin rəisi Mətləb Abbasovun yenicə sahibkarliğa başlamış bir gənc kimi mənə qarşı apardığı haqsızlıqlar və onun ərazidə sahibkarlara qarşı apardığı qanunsuz hərəkətləri barədə məktub və teleqram vasitəsilə muraciət edib köməklik göstərmənizi xahiş etmişdim. Həmin ərizədə yazdıqlarımı yenidən yazıb vaxtınızı almaq istəmirəm. Məktubum sizə çatandan dərhal sonra Nazirliyin əməkdaşları Ərazi idarəsinin fəaliyyətini xüsusilə Mətləb Abbasovun və onun tabeliyində olan bir neçə əməkdaşın fəaliyyət dairəsini yoxlayıb ciddi nöqsanlar aşkar etdilər. Onlarla vergi odəyicisi olmayıb vergidən
yayındırılan obyektlər aşkarlanmışdır. Hətta yoxlayıcılar mənə bildirdilər ki, bizim aşkar elədiklərimiz qanunsuzluqlarin
yanında sənin yazdıqların xırda işlərdir. Sonra mənə Nazirlikdən bildirdilər ki, bir ay müddətinə sənə cavab veriləcək.

Lakin həmin məsələnin üstündən bir ay yarım kecməsinə baxmayaraq hər hansı bir tədbir görülməsi və aparılan yoxlamanın nəticəsi barədə məlumat verilməyib. Bunun nəticəsidir ki, Mətləb Abbasov hecnə olmayibmış kimi öz bahalı maşınlarını nümayiş elətdirərək gəzməklə qanunsuz hərəkətlərini davam etdirir. Görünür, nazirlikdə də dayaqları möhkəmdir. Məhz buna gorə bir başa sizin ünvana müraciət etmədim ki, onun dostları məktubumun sizə çatmasına əngəl törədəcəklər. Bu səbəbdən Sizə Sosial şəbəkələr və saytlar vasitəsilə müraciət edib xahiş edirəm ki, mənim müraciətimə ədalətli baxılsın.

Əvvəcədən təşəkkür edirəm.

Hörmətlə- Şəmilzadə Nicat Şahin oglu.
Bərdə rayonu Gərənə kəndi
01 Noyabr 2018 ci il.

Dosye.org

Şərhlər

XƏBƏR LENTİ